"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağı yaranır – sensasion iddia, erməniyə bəd müjdə…

21 İyul 2016 - 10:00
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağı yaranır –  sensasion iddia, erməniyə bəd müjdə...

Dost-müttəfiqlərin səfi mühüm düzəlişlər ərəfəsində; Rusiyalı tanınmış analitikə görə, 15 iyul uğursuz çevriliş cəhdindən sonra Türkiyənin əsas oriyentiri ABŞ yox, Rusiya olacaq; Qarabağ məsələsi ətrafında da unikal situasiya yaranmaqdadır

Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş hadisəsi dünya gündəminin əsas mövzusu olaraq qalır. Bu da səbəbsiz deyil. Çünki Türkiyə sıradan bir dövlət deyil, regional supergücdür, NATO üzvüdür, bölgədə gedən proseslərdə vazkeçilməz rola malik, Qərblə Şərq arasında qərar tutan böyük regional ölkədir. 
Söhbət həm də Ankara ilə Moskva arasındakı spesifik, təzə-təzə normallaşan münasibətlərdən gedir. Bu xüsusda Türkiyədəki hərbi qiyam gerçəkdən də yeni və maraqlı situasiya yaradıb. Bir çox siyasi şərhçilərə görə, hərbi çevrilişdə “Amerika izi”nin üzə çıxması Ankara və Moskvanın sürətlə yaxınlaşması, hətta yeni bir hərbi müttəfiqlik yaratması üçün əlavə imkan açıb və bu imkan Bakının da xeyrinə işləyə bilər.
 
*** 
Rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov məhz bu qənaətdə olanlardandır. Onun 15 iyul olayı ilə bağlı maraqlı təhlili var.
Politoloq deyir: “Qiyamdan sonra özünün ilk mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan elədi ki, dövlət çevrilişinə cəhd 1999-cu ildən ABŞ-da yaşayan imam Fətulla Gülənlə bağlıdır. Bununla da o, qiyamın təşəbbüsçüsünü və onun havadarını birbaşa göstərmiş oldu. Ərdoğanın sözlərinə görə, qiyama cəhdi Birləşmiş Ştatların geosiyasi maraqları çərçivəsində hərəkət edən türkiyəli hərbçilərin kiçik bir hissəsi həyata keçirib. Bunun ardınca baş nazir Binəli Yıldırım bəyan elədi ki, qiyamın başında ABŞ-da hərbi təhsil almış və orda dəfələrlə hərbi hazırlıq keçmiş Türkiyə HHQ komandanı, general Özdemir durub. Bu bəyanat Ankara və İstanbulda dövlət çevrilişi cəhdinin əsas siyasi yekunudur” – analitik vurğulayıb.
Onun əminliyinə görə, qiyam cəhdinin Ankara-Moskva münasibətlərinin istiləşməyə başladığı dövrə düşməsi də təsadüfi deyil və Qərbin Rusiya-Türkiyə yaxınlaşmasına cavabıdır.
“15 iyul çevriliş cəhdi ilə bağlı Ərdoğanın zəng elədiyi ilk dünya lideri Rusiya prezidenti Vladimir Putin oldu. Bu jest olduqca əlamətdar olmaqla özlüyündə çox şey deyir. Yeri gəlmişkən, Türkiyədə baş verənləri ilk olaraq dövlət çevrilişinə cəhd adlandıranlardan biri Azərbaycan prezidenti İlham Əliyev idi. Belə görünür, Türkiyə üçün indi əsas oriyentir məhz Rusiya olacaq, ABŞ yox. Şəxsən mən buna çox sevinərdim. Mən artıq çoxdan – 2013-cü ildən Qara dəniz-Qafqaz regionunda Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağının yaradılması ideyasını təbliğ edirəm. Və bunu həm şifahi, həm də yazılı şəkildə elmi konfranslarda və elmi-publisistik məqalələrdə qeyd edirəm”, – deyə Oleq Kuznetsov vesti.az-dakı müəllif məqaləsində bildirir.
Ekspertə görə, belə bir hərbi-siyasi blokun yaradılması zərurəti indi artıq onun bütün potensial iştirakçıları, ilk növbədə də Türkiyə üçün daha aydın görünür. “Mənim əvvəllər öz mahiyyətinə görə ağılsız və mümkünsüz görünən, haqqında ”belə bir şey mümkün deyil, çünki heç vaxt mümkün deyil” deyilən tezisim getdikcə daha da həyat qabiliyyətli olur” – təhlilçi ardınca qeyd edib.
Onun fikrincə, Türkiyədə baş tutmamış dövlət çevrilişi cəhdindən sonra hamı tarixi bir eranın astanasındadır. “Hər halda, ən azından Qara dəniz-Qafqaz regionu üçün belə bir gözlənti var” – tarixçi-ekspert əlavə edib.
***
Türkiyə-Rusiya yaxınlaşması və ya Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağının yaradılması sözsüz ki, Qarabağ məsələsinə də birbaşa təsir edən amildir və münaqişə ətrafında yeni, unikal bir situasiyanın formalaşmasına gətirə bilər. Eyni zamanda işğalçı Ermənistan üçün sensasion sayılacaq, onun təlaşını artıracaq bir gəlişmədir. Çünki İrəvan həmişə bu yaxınlaşmadan, Qarabağ konfliktinin pərdəarxasında onun maraqlarına zidd müstəvidə həll perspektivindən ehtiyat edib. 
Qarabağ müstəvisində Türkiyə-Rusiya yaxınlaşması isə ikitərəfli əlaqələr qaydaya düşəndən dərhal sonra özünü göstərməyə başlayıb. Təsadüfi deyil ki, Rusiya XİN başçısı Sergey Lavrovun İrəvan səfəri ilə bağlı belə bir məlumat yayılmışdı ki, Moskva Ankaranın da prosesə qatılmasına isti yanaşır.
Lavrovun İrəvan səfərindən cəmi bir neçə gün sonra isə Kremlin danışan dillərindən hesab olunan və həmişə anti-Türkiyə bəyanatları ilə tanınan Vladimir Jirinovski bu dəfə 180 dərəcə fərqli və sensasion açıqlama vermişdi. Azərbaycan telekanallarından birinə verdiyi müsahibədə o demişdi: “Əgər Türkiyə və Rusiya səylərini birləşdirsə, kürd və erməni məsələləri öz-özünə həll olunacaq. Aydın məsələdir ki, Dağlıq Qarabağ problemi də həll ediləcək, Azərbaycan bundan razı qalacaq. Qarabağ üçün elə bir xüsusi status tapmaq olar ki, həm ermənilər razı qalsın, həm də azərbaycanlılar”.
Maraqlıdır ki, təxminən eyni vaxtda Kremlin başqa bir danışan dili, “Avrasiya hərəkatı” və eyni adlı ideyanın əsas müəllifi, politoloq, Rusiya Dövlət Duması sədrinin məsləhətçisi Aleksandr Duqin Türkiyədə olmuşdu və həmişə anti-Türkiyə mövqeyi ilə fərqlənən bu şəxs də qardaş ölkə haqda pozitiv sözlər və Qarabağ məsələsinə dolaysıyla aidiyyəti olan fikirlər səsləndirmişdi. 
Türkiyədə hakim və müxalif partiyalardan olan bir sıra siyasətçilərlə görüşdən sonra Duqin jurnalistlər üçün mətbuat konfransı təşkil edərək, orada regional proseslərdə Ankaranın rolunu yüksək dəyərləndirmiş, eyni zamanda Türkiyə-Rusiya münasibətlərinin pozulmasında ABŞ-ı günahlandırmışdı. “Vaşinqton öz müttəfiqlərindən heç birinin ərazi bütövlüyünü təmin etmək iqtidarında deyil. Əksinə, bu ölkələrdə xaos, bölünmə yaşanır. Belə bir ssenari Türkiyə üçün də yazılıb” – Duqin Türkiyədə demişdi.
***
O da maraqlıdır ki, bu sözlərdən cəmi bir neçə gün sonra Türkiyədə hərbi qiyam cəhdi oldu və rəsmi Ankara bu cəhddə günahkar qismində ABŞ-ı ilk olaraq barmaqla göstərdi. 
Bəs bundan sonra nələr olacaq? Bu sualın cavabı, eləcə də Ankaranın Moskva ilə hara qədər yaxınlaşa biləcəyi, Qarabağ məsələsində iki paytaxtın nə dərəcədə əməkdaşlıq edə biləcəyi və müharibə ehtimalı məsələsi isə yəqin ki, Türkiyə ilə ABŞ arasında Gülən ziddiyyətinin necə çözüləcəyindən asılı olacaq.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Öldürülən generalın köməkçisinin məhkəməsi başlayır

Next Post

“Kənd oğlanlarına baxırdım ki, görüm anam atamı…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Kənd oğlanlarına baxırdım ki, görüm anam atamı...”

Trampdan Ərdoğana dəstək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.