Rusiya Krımı işğal etdikdən sonra orada hərbi gücünü artırmaqdadır.
Elchi.az-ın “Qazeta.ru”-ya istinadən məlumatına görə,yarımadadakı “Belbəy” hərbi hava limanına Moskva daha 14 qırıcı yolayıb.
27-ci qarışıq hava diviziyasının müvəqqəti komandanı İqor Romanov deyib: “Zolağımıza cağdaş hərbi təyyarələrin endirilməsi bizim üçün çox önəmlidir.Gərgin işlərdən sonra hava limanı fəaliyyətət başlayıb. O, ən müasir hava limanlarındandır”.
Məlumata əsasən, bununla da Kreml “Belbəy”də 24 döyüş, 6 döyüş-təlim təyyarəsi yerləşdirib.
Cari ilin dekabrında isə orada ilk hərbi-təlim uçuşları keçiriləcək.



