
Moskva metrosunun yaşıl xəttində qatarlar arasındakı interval artıb.
Elchi.az Trend–ə istinadən xəbər verir ki, buna sərnişinlərdən biri ilə yaranan insident səbəb olub.
Metropolitendən şimaldan cənub istiqamətinə hərəkət edən qatarların intervalının artdığı bildirilir.
Digər təfərrüatlar barədə məlumat verilmir.



