Moskva ölkədəki anqlo-sakson KİV-ə qarşı sanksiyalar paketi hazırlayır.
Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“İndi biz Rusiya mediasına qarşı bu cür repressiv tədbirlərin görüldüyünü nəzərə alaraq, anqlo-sakson kütləvi informasiya vasitələrinə və orada çalışan jurnalistlərə qarşı bütöv bir tədbirlər paketi hazırlayırıq”, – Rusiya XİN sözçüsü vurğulayıb.






