"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Moskva Qarabağda sülh istəmir” – “The Huffington Post”

17 May 2016 - 19:16
in XƏBƏR LENTİ

Rusiya Dağlıq Qarabağ münaqişəsində vəziyyətin gərginləşməsinin əsas səbəbkarlarından olmasa da, regionda sabitliyin pozulmasında əsas amillərdən biridir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

haqqin.az  xəbər verir ki, bu barədə “The Huffington Post”da dərc edilmiş məqaləsində Samuel Ramani yazır.

Müəllif Rusiyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçi rolunun təhlilini aparıb və Moskvanın hərəkətlərini izah edən üç arqument gətirib.

Birincisi, Rusiya həm Ermənistanı, həm də Azərbaycanı silahlandırır. Moskva Azərbaycana hərbi helikopterlər, hava hücumundan müdafiə sistemləri, artilleriya sistemləri, Ermənistana isə zirehli texnika tədarük edir. Beləliklə də hər iki tərəf özləri üçün əlverişli anda hərbi əməliyyatlara başlamaq üçün daima hazır vəziyyətdə olur, müəllif ehtimal edir.

İkincisi, İŞİD ilə mübarizəni siyasiləşdirərək Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmləndirir. S.Ramani xatırladır ki, dördgünlük müharibə zamanı Rusiyanın bəzi KİV-i, guya ki, Azərbaycan tərəfində İŞİD yaraqlılarının döyüşdüyünü yazırdı. Müəllif Azərbaycanın bu məlumatı qətiyyətlə təkzib etdiyini yazır.

“Bu məsələyə obyektiv yanaşsaq, o zaman görərik ki, Azərbaycanın İŞİD yaraqlılarına öz ərazisinə keçməsinə icazə verməsi fikri məntiqli deyil. Azərbaycan şiyələrin üstünlük təşkil etdiyi dövlətdir və ABŞ ilə İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq edir. Radikal islamçılar Bakı hakimiyyəti üçün təhdid ola bilər”, – müəllif yazır.

Müəllif vurğulayır ki, V.Putin İŞİD ilə mübarizə adı altında Bəşər Əsədin hakimiyyətini möhkəmləndirmək üçün mümkün olan hər şeyi edib. Eyni şüarlar altında Putin Cənubi Qafqazda hərbi əməliyyatlarda Rusiya hakimiyyətinin iştirakını artıra bilər.

Və Ermənistanın yardımı ilə Azərbaycanı özündən asılı vəziyyətə salaraq, təhlükəsizlik nöqteyi-nəzərindən Putin regionda əsas rəqibləri olan ABŞ və Türkiyənin mövqelərini zəiflədə bilər.

Üçüncüsü, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş qaldığı halda, Rusiya regionda olan nüfuzunu qoruyub saxlayacaq. Məqalənin müəllifinin fikrincə, Rusiyaya münaqişənin dondurulmuş qalması sərfəlidir, o bunun üçün üç səbəb göstərib.

Birinci səbəb – bu vəziyyət Rusiyaya Ermənistan üzərində hegemonluğunu qorumağa imkan verir. Son hadisələr Yerevanın daima Rusiyadan silah alacağını, Kremlin isə öz növbəsində bu vəziyyətdən razı qaldığını göstərdi.

İkinci səbəb – Qarabağda dondurulmuş münaqişə Türkiyəni hərbi nöqteyi-nəzərdən mühasirədə saxlamaq imkanı verir. Rusiya Suriya, Ukrayna və Ermənistanda hərbi iştirakını dəstəkləyir, bu isə istənilən an zərbə endiriləcək Türkiyənin təhlükəsizliyi üçün təhdiddir.

Üçüncü səbəb – Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün NATO qapılarını açacaq. 2007-ci ildə “WikiLeaks” saytı tərəfindən dərc edilmiş məxfi diplomatik teleqramlardan göründüyü kimi Azərbaycanın siyasi elitası, ölkənin NATO-ya daxil olmasının tərfədarıdır, amma bu istiqamətdə atılan istənilən addım Qarabağ münaqişəsinin həllindən asılıdır. Prezident İlham Əliyev Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasına dair təklifi təkzib edib. Deməli, Rusiya Azərbaycanın digər təşkilatlara daxil olmasına qarşı olacaq. Bunun üçün isə Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalmalıdır.

“Yekunda demək olar ki, Qarabağda son döyüşlərin başa çatması ilə Putin özünü sülhməramlı kimi göstərə bildi. Amma Rusiyanın addımları Putinin Qarabağda sülh istəmədiyini deməyə əsas verir. Bu vəziyyət, eləcə də nə Azərbaycan, nə də erməni tərəfinin kompromissə getməməsi Dağlıq Qarabağda yaxın zamanda sülhün bərqərar olmasının illüziya olaraq qalacağını deməyə əsas verir”, – məqalədə deyilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Minsk qrupu heç nəyə nail olmayıb` – Alman deputat

Next Post

Bakıda saxta spirtli içki satanlar ifşa olundu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıda saxta spirtli içki satanlar ifşa olundu

Qərb Qarabağı Rusiyanın əlilə Ermənistana vermək istəyir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.