"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Moskva Qarabağı Bakıya bağışlaya bilər…”

25 Sentyabr 2014 - 08:52
in Banner, FLƏŞ, GÜNDƏM

Problemin həlli Ermənistanın öz-özünə boşalacağını gözləməkdən keçmir; Bakı həm də “Sinqapur və şotlandivanov nümunəsi” ortaya qoymağı bacarmalıdır; ekspert: “Dağlıq Qarabağ ermənisi heç bir halda özünü Azərbaycan tərəfdən atılmış, ”izqoy” hiss eləməməlidir…”

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Krımın Rusiya tərəfindən işğalı ilə Dağlıq Qarabağ probleminin həllinə aydınlıq gəlmək əvəzinə, məsələ daha da qəlizə girmiş oldu. Nədən ki, ixtilafın dinc yolla nizamlanması birinci növbədə sülh prosesinə cəlb edilmiş iki qlobal gücün – Qərb və Rusiyanın köklü maraqlarının uzlaşmasını tələb edir. Bu uzlaşma isə bəlli səbəblərdən bir az da əlçatmaz görünür.
Bəs çıxış yolu nə vaxt və necə tapılacaq? 
Sözsüz ki, münaqişənin uzanması ən əvvəl Azərbaycanın maraqlarına cavab vermir, çünki birincisi, yüz minlərlə köçkün öz yurd yerlərinə qayıda bilmir və dövlət üçün əlavə yük olaraq qalır, ikincisi isə Azərbaycan 20 faizlik ərazisini nə bərpa və inkişaf etdirə, nə də onu ölkənin iqtisadiyyatına inteqrasiya etdirib büdcəsini zənginləşdirə bilir.
Yəni bütün mənalarda ən çox itirən Azərbaycandır. Bu üzdən o, problemin həlli üçün əlverişli regional və qlobal şərtlərin yetişməsini gözləməklə yanaşı, bu şərtlərin sürətli formalaşmasına yardımçı olmalıdır. Yollar bəlli – iqtisadiyyatı, hərbi qüdrəti durmadan gücləndirmək, təməl insan haqlarını təmin edib dünyada demokratik imicə, sözükeçərliyə nail olmaq, sayılıb-seçilən ölkələrdən birinə çevrilmək. Yoxsa gözləmək ki, Ermənistan miqrasiya hesabına boşalacaq və problemin həlli asanlaşacaq, bu, siyasi sadəlövhlükdür, ən azı ona görə ki, vurğulandığı kimi, Qarabağ artıq təkcə Ermənistanın problemi deyil.
Necə ki, “Qaçqınkom” sədri Əli Həsənov buna ümid edir. Hörmətli Əli müəllim əslində doğru buyurur ki: “Hər il Ermənistanı 150-170 min nəfər tərk edir, digər tərəfdən təbii artım azalır. Bu, Ermənistanı dalana dirəyir. Belə getsə, müharibəyə də ehtiyac qalmayacaq, Ermənistan boşalacaq”. Ancaq… Ermənistan boşlasa da, müharibəyə ehtiyac qalmasa da, Dağlıq Qarabağı o saat bizə sinidə təqdim eləmək istəyənlər elə də çox olmayacaq.
Müasir dünyanın reallıqları bu “təqdim olunma” prosesini sürətləndirməyin daha bir şərtini təmin etməyi vacib sayır. Söhbət şotland nümunəsindən gedir. Yəni Azərbaycan o dərəcədə əhalisi rifahda bulunan bir ölkə olmalıdır ki, “acından ölən” Dağlıq Qarabağ ermənisi onun tərkibində yaşamağa, sadəcə, can atmalıdır. O zaman hətta ayrılma referendumu olsa belə, ermənilər müstəqillik həvəskarı olmayacaq. Nədən ki, hər bir insan ilk növbədə özünün, ailəsinin iqtisadi-sosial təminatını, ardınca siyasi-vətəndaş haqlarının təmin edilməsini əsas götürür.
Şotlandlar məhz bu iki amilə görə Böyük Britaniyanın tərkibində qalmağa üstünlük verdilər. Həmçinin İspaniyada Kataloniya əhalisinin bir hissəsi vergilərin yüksək olmasını əsas götürərək ayrılmaq istəyir.
Bu yolun vazkeçilməzliyindən təkcə biz danışmırıq. Bir çox praqmatik erməni ziyalıları (Aleksey Manvelyan, Georgi Vanyan və s.) da Azərbaycanın Dağlıq Qarabağa sahiblənmək üçün ilk növbədə bu faktoru ciddiyə almalı olmasına zaman-zaman açıq işarələr vurublar – Ermənistanda ciddi təzyiqlərlə üzləşsələr də.
Musavat.com-un yazdığına görə, Rusiyadakı Strateji Təhqiqatlar İnstitutunun direktoru Andrey İvanov da hesab edir ki, “Qarabağ erməniləri heç bir halda Azərbaycan tərəfdən özlərini izqoy, atılmış hiss eləməməlidir” (vesti.az): “Bakı Qarabağdakı ermənilərə göstərməlidir ki, vahid Azərbaycanın tərkibində həyat qat-qat sərfəli və təminatlıdır, nəinki daim müharibə təhlükəsi altında olan hazırkı tanınmamış qurumda. Əlbəttə ki, hələlik problemin bu cür həll üsulu real görünmür. Amma bəşəriyyət ayrı yol da bilmir. Məhz bu yolla Sinqapurda, Çində, Hindistanda problemi yoluna qoyublar”.
Konfliktin başqa mümkün həll yollarından danışan politoloq daha da qabağa gedib sensasiyalı sayıla biləcək fikir də söyləyib: “Şəxsən mən düşünürəm ki, Moskva Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Gömrük İttifaqına üzv olması qarşılığında Bakıya ”hədiyyə” olaraq Qarabağ problemini olduqca sürətli, ən başlıcası isə qansız həll edə bilər. Sadəcə, İrəvana vəsait ayrılardı ki, Ermənistan ərazisində Dağlıq Qarabağ sakinləri üçün evlər tikilsin. Onların bir hissəsi isə öz ərazilərində də işə düzələ bilərdilər…”
*   *   *
Sonuncu variant barədə ara-sıra yazmışıq. Azərbaycanın Putinin Avrasiya layihələrinə qoşulmasının mümkün bədəli haqda yetərincə ekspert rəyləri də səslənib. Bu günə situasiyanın yeni özəlliyi odur ki, Qərb-Rusiya münasibətlərindəki böhranın geridönməz xarakter alıb və o səbəbdən Azərbaycanın Rusiya və Qərb üçün geosiyasi əhəmiyyəti daha da artıb. Təbii ki, Qarabağ məsələsi və Qarabağ “bazarlığının” qiyməti də.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ölkə iqtisadiyyatına 7,3 milyard dollar investisiya yönəldilib

Next Post

Leyla Yunus döyülüb?

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Leyla Yunus döyülüb?

BTC-ni üç ölkənin nəzarətində

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.