Rusiya Afrika İttifaqına G20-yə qoşulma qərarının sentyabrda Hindistanda keçiriləcək növbəti sammitdə veriləcəyini gözləyir. Elchi.az “Lenta.ru”nun müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Rusiya Afrika İttifaqına G20-yə tamhüquqlu üzvlük təklifinə ilk cavab verənlərdən biri olub. Ümid edirik ki, bu qərar sentyabrda veriləcək”, – Putin bildirib.
İyulun sonunda Putin həmçinin “Rusiya və Afrika: Sülh, tərəqqi və uğurlu gələcək naminə qüvvələrin birləşdirilməsi” adlı məqalə yazıb və burada Afrika qitəsi ilə əlaqələrin inkişafından və taxıl müqaviləsindən bəhs edib.
Havar Şəfiyeva





