Moskva yaxınlığındakı Kalininets kəndindəki hərbi hissədə kütləvi dava baş verməsi nəticəsində müqaviləli əsgərlərdən biri öldürülüb.
Elchi.az Lent.ru-ya istinadən yazdığı məlumata görə, davaya səbəb hərbçilərdən birinin mağazaya getməsi, bundan sonra nizamnaməni pozduğuna görə hərbi polis tərəfindən döyülməsi olub.
Onun yoldaşları döyülənin müdafiəsinə qalxıblar və nəticədə axşam saatlarında yüzə yaxın müqaviləli əsgər parad meydançasına toplaşıb. Onlar arasında soyuq silah, o cümlədən bıçaqla silahlananlar da olub.
Havar Şəfiyeva






