"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Moskvada metro stansiyaları ətrafında obyektləri sökülənlər arasında azərbaycanlılar da var -FOTOLAR

29 Avqust 2016 - 15:08
in XƏBƏR LENTİ
Moskvada metro stansiyaları ətrafında obyektləri sökülənlər arasında azərbaycanlılar da var  -FOTOLAR

Ötən gecədən başlayaraq Rusiya paytaxtında metro stansiyaları ətrafında yerləşən ticarət və xidmət obyektlərinin sökülməsinə başlanıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxt meriyasının müvafiq qərarı ilə metro stansiyaları ətrafında gediş-gəlişə maneə olan bütün qeyri-qanuni tikililər sökülüb.
Paytaxtda ümumilikdə 107 qanunsuz tikilinin söküntüsünə sanksiya verilib. Həmin obyektlərdə əsasən gül-çiçək və ərzaq dükanları, aptek, telefon və rabitə salonları, kafe, avtoyuyucu xidmətləri yerləşib. İri ticarət mərkəzlərindən biri, “Elektrozavodskaya” metrosu yaxınlığında yerləşən “Elektron” ticarət mərkəzi də sökülən obyektlərin siyahısına salınıb.
Xatırladaq ki, bu, Moskvada qanunsuz tikililərin sökülməsinin ikinci dalğasıdır. Birinci dalğa bu ilin fevral ayında başlayıb. Həmin vaxt paytaxt hökuməti 100-ə yaxın tikilini sökmüşdü. Obyektləri sökülənlər arasında azərbaycanlılar da var. Paytaxtın “Yujnaya” metro stansiyası ətrafında böyük ikimərtəbəli obyekti sökülən azərbaycanlı Vaqif Əliyev APA-ya açıqlamasında bildirib ki, ona məxsus olan tikilini əslində bu ilin fevral ayında sökmək istəyiblər: “O zaman burada obyektləri olan digər iş adamları ilə birlikdə məhkəməyə müraciət etdik. Neçə ay idi ki, meriya ilə məhkəmə çəkişməsi gedirdi. Nəhayət, iyun ayının sonunda məhkəmə bizim əleyhimizə qərar çıxardı”.
V. Əliyev ona məxsus tikilinin qanunsuz olub-olmaması məsələsi ilə bağlı suala belə cavab verib: “Əlbəttə ki, qanunsuz deyildi. Bütün sənədləri qaydasında idi. Obyektim metro stansiyasının elə də yaxınlığında deyildi. Sadəcə olaraq, bu tikililər 90-cı, 2000-ci illərdə bundan əvvəlki merin vaxtında tikilmişdi. Onların vaxtında sənədləşdirilmişdi. Fevral ayında bizim obyektin yanında yenə həmyerlimizə məxsus böyük obyekt söküldü. Azərbaycanlıya məxsus “Yujnaya noç” restoranı, onun altındakı müxtəlif dükanlar yerlə-yeksan edildi. Adını da qoydular ki, metro stansiyasının çıxışına yaxındır, gediş-gəlişə mane olur. Təklif etdikləri ticarət pavilyonlarında da icarə haqları çox bahadır”.
V. Əliyev ümumilikdə metro stansiyaları ətrafında yerləşən obyektlərin əksəriyyətinin əsasən Orta Asiya ölkələri və Ermənistan vətəndaşlarına məxsus olduğunu söyləyib: “Metro ətrafındakı kiçik ticarət çadırları ermənilər, özbəklər və qırğızlara məxsusdur”.
Meriyanın daşınmaz əmlak üzrə dövlət müfəttişliyinin sədri Sergey Şoqurov sökülən obyektlərin yerində yenilərinin tikilməsinin planlaşdırılmadığını söyləyib. O, iki ay əvvəl obyekt sahiblərinə söküntü işlərinin aparılacağı ilə bağlı xəbərdarlıq edildiyini də bildirib.
Qeyd edək ki, avqustun 28-də gecə saatlarında Moskvanın “Krapotkinskaya”, “Ulitsa 1905 qoda” “Dmitrovskoe”, “Şolkovskoe”, “Vıxino”, “Pervomayskaya”, “Yujnaya”, “Naqatinskaya” və “Ulitsa Akademika Yangelya” metro stansiyaları ətrafında bütün qanunsuz tikilələrin sökülməsinə başlanılıb.







Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilərin aprel döyüşlərindəki itkiləri: 300-dən çox ölü (RƏSMİ)

Next Post

ABŞ-dan Ərdoğanı qəzəbləndirəcək Açıqlama

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ-dan Ərdoğanı qəzəbləndirəcək Açıqlama

Onların ölkədən çıxışı qadağandır - Siyahı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.