"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Moskvada Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilib – FOTOSESSİYA

14 Dekabr 2014 - 10:57
in İDMAN
Rusiya paytaxtında dünyanın tanınmış futbol hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş futzal turniri keçirilib.d62a144639e4998b4e9c2924e3747d18

 

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın “Dinamo” idman sarayında keçirilən turnir Moskva meriyasının dinlərarası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr Departamenti və Rusiya Azərbaycan Gənclər Birliyinin təşkilatçılığı, Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsi və Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə keçirilib.

 

Artıq ikinci ildir ki keçirilən futzal turnirində 14 komanda iştirak edib. Onlar arasında “MQİMO” (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti), “AMOR” (Rusiya Azərbaycanlı Gənclər Birliyi), “Qarabağ”, Azərbaycanın Rusiyadakı səfirliyinin komandası  və Ümumrusiya Azərbaycan Konqresinin komandası, Slovakiya səfirliyinin və Moskva Dövlət Humanitar İqtisad Universitetinin komandaları olublar.

 

Turniri izləməyə gələnlər arasında Moskvada yaşayan azərbaycanlı veteran futbolçular, AFFA-nın nümayəndələri, əfsanəvi hakim Tofiq Bəhramovun nəvəsi Tofiq Bəhramov da olub.

 

Final oyunu Azərbaycanın Rusiyadakı səfirliyinin komandası ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) komandası arasında baş tutub. Gərgin keçən görüş 5:5 hesabı ilə nəticələndiyindən, qaliblər penaltilərlə müəyyənləşib. Penaltilərdə güclü tərəf MDHİU komandası olub. Onlar Azərbaycanın Rusiyadakı səfirliyinə 6:5 hesabı ilə qalib gəliblər.

 

Üçüncü yer uğrunda gedən görüşdə isə “Qarabağ” komandası ilə Moskvanın Bədən tərbiyəsi və idman Mərkəzi Komandası görüşüblər. Görüş 0:4 hesabı ilə Bədən tərbiyəsi və idman Mərkəzi Komandasının xeyrinə nəticələnib.

 

Turnirin bağlanış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu keçirilən turnirin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Rusiya paytaxtında əfsanəvi azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş  turnirin keçirilməsi iki ölkənin idman cəmiyyəti üçün çox əlamətdar hadisədir: “Bu gün bu meydanda rəqabət deyil, bayram abu-havası vardı. Yarışı izləməyə gələnlərin sayının da çox olması turnirə olan marağın göstəricisidir”.

 

Moskva meriyasının nümayəndəsi, regionlararası əməkdaşlıq departamentinin rəhbəri Yuri Artyux turnirdə iştirak edən komandaları təbrik edərək bildirib ki, bu turnir iki xalq arasında əlaqələrin dostcasına olduğunu göstərir. Meriya nümayəndəsi turnirin keçirilməsindəki təşkilatçılığa və dəstəyə görə Rusiya Azərbaycan Gənclər Təşkilatına, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə bölməsinə təşəkkürünü bildirib.

 

Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx isə çıxışında bu gün əsl futbol bayramının şahidi olduğunu söyləyib: “Bu gün təkcə əsl futbol bayramı deyil, həm də millətlərarası dostluq və dəstəyi gördüm”. Nikolay Tolstıx turnirin qalibini, iştirakçılarını və təşkilatçılarını Rusiya Futbol İttifaqı adından təbrik edib.

 

Rusiya mini-futbol assosiasiyasının prezidenti Emil Əliyev isə çıxışında Tofiq Bəhramov adına turnirin keçirilməsinə töhvə verdiklərinə görə fəxr etdiklərini bildirib: “Bu gün “Dinamo” idman sarayında həqiqətən də böyük və əsrarəngiz tədbir keçirildi, hansı ki, buna ənənəvi turnir demək olar”.

 

Daha sonra turnirin qalibi olan Moskva Dövlət Humanitar İqtisad Universitetinin komandasının futbolçularına “Tofiq Bəhramov kuboku” təqdim olunub.

 

Sonda Azərbaycan və Rusiya estrada nümayəndələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.

 

Qeyd edək ki, Tofiq Bəhramovun adına həsr olunmuş futzal turnirinin keçirilməsinə informasiya dəstəyini “APA Holdinq”in tərkibinə daxil olan Vesti.az informasiya agentliyi verib.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dağıstanda 3 polis maşını partladıldı

Next Post

Emin Ağalarov Enriki İqlesiasla – Foto

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Emin Ağalarov Enriki İqlesiasla - Foto

ABŞ-ın dövlət büdcəsi təsdiqlədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.