Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.
Elchi.az xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunur.
***
Moskvada üçtərəfli görüşü başa çatıb.
Nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunu keçirməyi razılaşdırıblar.





