
Moskva ABŞ-ın Suriyaya zərbələr vurmaq qərarı verəcəyi təqdirdə bunun ciddi nəticələrinin olacağına dair Vaşinqtona xəbərdarlıq edib.
Elchi.az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
“Müvafiq kanallar vasitəsilə biz ABŞ-a bildirmişik ki, yalan bəhanələrlə Suriyaya qarşı hərbi güc ciddi nəticələrə səbəb ola bilər”, – deyə rusiyalı diplomat bildirib.




