"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Moskvanın Bakıdakı strateji postlarda adamları var”

24 Sentyabr 2014 - 10:05
in FLƏŞ, GÜNDƏM

“Türkiyə ilə keçirilən hərbi təlim regiona göz dikmiş bəzi dövlətlərə mesajdır”.1411509234ferrx

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Kremlin öz media qurumları vasitəsilə Azərbaycana mesajlar verdiyini deyib.

“Azərbaycanla Türkiyə arasında münasibətlər bütün sahələr üzrə mövcuddur və bu sahələrdən ən önəmlisi də məhz hərbi əməkdaşlıqdır. Türkiyə bizə qardaş ölkə olmaqla yanaşı, həmçinin NATO dövlətidir. Bu isə gələcək təhlükəsizliyimizin qorunmasında və regionla bağlı bəzi proseslərdə bizə əlavə divident qazandırır. Türkiyə ilə keçirilən hərbi təlim regiona göz dikmiş bəzi dövlətlərə mesajdır. Ankaranın bu təlimdə iştirakı yalnızca özünün verdiyi qərar deyil. Bu, demək olar ki, həm də sadəcə olaraq Türkiyə adı altında NATO və Azərbaycan təlimidir. Rusiya təcavüzünün açıq və real olduğu bir zamanda bu cür təlimlərin çox olacağını deyə bilərik. Rusiya mətbuatının bu təlimlərə sərt yanaşması isə Moskvanın mövqeyidir. Çünki jurnalist kəşfiyyat məlumatına heç zaman sahib ola bilməz. Bu məlumatları rus kəşfiyyatı əldə edir, dövləti məlumatlandırır. Rusiya dövləti isə öz nəzarətində olan media qurumları vasitəsi ilə Azərbaycana mesaj verir”.

F.Məmmədov sonuncu Azərbaycan-Türkiyə hərbi təlimlərini ölkədə istəməyən qüvvələrin mövcud olduğunu bildirib:

“Təbii ki, bu təlimləri ölkəmizdə də istəməyənlər mövcuddur. Bunlar keçmiş SSRİ vaxtından müəyyən dairələrə yerləşdirilmiş, bugünkü Rusiya üçün də önəmli rol oynayan bəzi strateji postlarda yer tutan şəxslərdir. “Bunlar kimdir” deyə sual yaranır? Məncə, bunu Milli Təhlükəsizlik Nazirliyi daha yaxşı bilir. Bu gün bu şəxslər sırasında ölkədə dövlətin idarəçiliyində strateji yerlərdə post tutmuş adamlar var. Əgər Rusiyanın maraqları xaricinə çıxma olarsa, o zaman çevriliş və ya buna bənzər digər xaotik proseslərə start verilə bilər. Bunlardan siğortalanmaq üçün orduya, maliyyə sektoruna milli şəxslər cəlb olunmalı və kadrlar hər dəfə dövlət tərəfindən ciddi yoxlanışdan keçməlidir.

Hesab edirəm ki, elə bu proses də gedir. Bir şeyi unutmayaq ki, daxildə mövcud olan ruspərəst düşmənlər cəbhədəki ermənilər qədər təhlükəlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qorki ailəsinin faciəsi

Next Post

” ABŞ -terrorizmin əsas qaynağı”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

" ABŞ -terrorizmin əsas qaynağı"

Türkiyənin məşhur F.Ö.N caz qrupu Bakıya gəlir - FOTOSESSİYA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.