“Putin sabah Ukraynanın Donbas, Xerson və Zaparojye vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında qərarı elan edəcək.
Bundan əvvəl Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərini özünə birləşdirən Moskva bu ilin yanvarında Qazaxıstanla “ümumi sərhəd” prinsipini hərbi güc yolu ilə möhkəmləndirdi”.
Elchi.az xəbər verir ki, bu barədə jurnalist Xəqani Səfəroğlu FB hesabında qeyd edib:
“2014-cü ildə Krımın birləşdirilməsi ilə Moskva Rusiyanın dənizə çıxışını saxlamağa nail oldu.
Ukraynanın parçalanması əslində Rusiya tərəfindən 1945-ci il Potsdam konfransının şərtlərinə SSRİ-nin siyasi varisi kimi iddia etmək və yeni danışıqlarla dünyanın bölüşüdürlməsini təklif etməkdir.
Qərb var-gücü ilə buna müqavimət göstərir.
Ukrayna məğlub olsa Rusiya sovet lideri Brejnevin məşhur “məhdudlandırılmış suverenlik” prinsipini tətbiq etməklə yenidən Avropanın “jandarmına” çevrilə bilər.
ABŞ-ın məqsədi yeni bazarlar uğrunda mübarizədə Moskvanı sıxışdırıb çıxarmaqla bu illər ərzində formalaşmış Rusiyanın dominantlığını dağıtmaqdır. Amerika bununla Moskvanın siyasi ambisiyalarının da kökünü qazacağını düşünür.
Vaşinqton bunun üçün MDB-ni “barıt çəlləyinə” çevirmək, ənənəvi “demokratikləşdirmə”nin yeni dalğasından istifadəyə cəhd edəcəyi istisna olunmur.
Putin bunu yaxşı anlayır. 300 min vətəndaşı silahlandırıb “ətdən çəpər” çəkən Putin Bizans və Rusiya İmperiyalarının varisi kimi çıxış etməyə cəhd edir, SSRİ-nin sərhədlərini əldən verməmək üçün qanlı savaşı dayandırmır.
Yaranmış çox ağır və mürəkkəb beynəlxalq böhranın necə idarə olunacağı hələ məlum deyil.
Moskvanın digər mühüm hədəfi ABŞ və Britaniyanın Cənubi Qafqazdan çıxarılmasına yönəlib. Bu məsələdə Türkiyə ilə regional tandem yaratmaq cəhdi Moskvaya hələ ki, uğur gətirmir.
Payızın sonuna qədər əgər sülhün konturları bəlli olsa o zaman proseslərdə müəyyən aydınlıq yarada biləcək”.
Yeganə




