"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Moskvanın Qarabağ planı dəyişir? – Ermənistanda həyəcan

14 Fevral 2017 - 10:01
in aktual-banner, Banner, Cebhe-banner, GÜNDƏM, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

 Düşmən tərəfdə apreldən sonrakı yeni müharibə xofu güclənib; seçki amili təlaşı daha da artırıb; erməni hərbi və siyasi ekspertlərdən həyəcanlı anonslar: “Apreldə Azərbaycan növbəti hücuma hazırlaşır”…

Azərbaycan öz hərbi qüdrətini və ordusunun döyüş qabiliyyətini artırmaqda davam edir. Qarabağa dair sülh danışıqlarında yaxşıya doğru hər hansı dönüşün üfüqdə görünməməsi hərbi amilin ölkəmiz üçün əhəmiyyətini daha da artırmaqdadır. Azərbaycanın bu xüsusda imkan və potensialı isə nə yaxşı ki, işğalçı Ermənistandan xeyli üstündür. Söhbət həm də ölkəmizə silah idxalında şaxələnmə imkanlarından və silahlanma yarışında üstünlüyümüzü qorumaqdan gedir.

 Bu arada Rusiyanın 200 milyon dollarlıq kredit həcmində Ermənistana vəd elədiyi silah-sursatın heç də hamısının işğalçı ölkəyə verilmədiyi məlum olub. Belə ki, müdafiə naziri Vigen Sərksiyan mətbuat konfransında bildirib ki, həmin silahların yalnız bir qismi Ermənistana çatdırılıb.
Musavat.com-un məlumatına görə, silah tədarükünün ləngiməsini 1 in.am saytına şərh edən erməni hərbi ekspert Artur Yegizaryan bununla bağlı narahatlığa əsas olduğunu söyləyib: “Təbii ki, müharibə vəziyyətində olduğumuzu nəzərə alanda bizim hamımızı bu məsələ narahat edir. Və biz öz ölkəmizi daha tez yaxşı silahlanmış görmək istəyirik. Bu anlaşma mahiyyət etibarilə gizli olub. Ancaq müdafiə nazirinin dediyinə görə, proses qrafik üzrə gedir. Yəni rəsmi açıqlamaya görə təlaş üçün əsas yoxdur”.

 

Bununla belə, hərbi ekspert 2015-ci ildə əldə olunmuş razılaşmanın indiyədək həyata keçməməsindən dolayı narahatlığını gizlətməyib: “Əlbəttə ki, Rusiyadan alınan silah-sursat bizim üçün vacibdir. Ancaq ötən ilin aprel döyüşlərindən sonra həyat göstərdi ki, taktiki planda da dəyişikliklər var. Yəni bu gün bizə başqa vasitələr də lazımdır – hansılar ki, hesab edirəm, 2015-ci anlaşmasında nəzərdə tutulmayıb. Erməni tərəfi silahlanmanın başqa mənbələrini də axtarıb tapmalıdır”, – deyə o əlavə edib.
Lakin kasıb Ermənistanın maliyyə durumu silahlanma üçün “başqa mənbələri” axtarıb tapmağı istisna edir. Bu barədə ötən ilin sonlarında prezident Serj Sərkisyan özü də açıq bəyan eləmiş, silahlanma yarışında Azərbaycanla ayaqlaşmanın mümkünsüzlüyünü etiraf eləmişdi. Əslinə qalsa, 200 milyon dollarlıq silah-sursat da elə böyük rəqəm deyil.
***
İrəvandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirokosyan isə Dağlıq Qarabağ məsələsində Rusiya amilini sadəcə, Ermənistan və Azərbaycana silah verən ölkə kimi təqdim etməyin əleyhinə olduğunu düşünür. Musavat.com-un məlumatına görə, bu haqda o, erməni nəşrlərindən birinə konflikt ətrafındakı durumu və yeni müharibə ehtimallarını şərh edərkən söyləyib.
“Bu gün Rusiya faktiki surətdə daha böyük amildir. Ən önəmli məqam odur ki, Rusiya bölgəyə yönəlik təhlükəli addım ata, öz qoşunlarını Dağlıq Qarabağa yeritməyə cəhd edə bilər. Belə bir vəziyyətdə real dinamik faktor – yaxın aylarda Azərbaycanın yeni hücum ehtimalıdır. Azərbaycanın ötən ilin aprelindəki döyüşlərdəki müəyyən uğur qazanması və hansısa ərazini ələ keçirib əldə saxlaması buna onu həvəsli edir”, – deyə Kirokosyan qeyd edib.
Analitik yaranmış durumda erməni tərəfin hücum taktikasının təhlükəli ola biləcəyinə də işarə vurub. “Biz Azərbaycanın bu kimi hücumlarından yalnız müdafiə olunmaqla qoruna bilərik. İndi erməni tərəfindən Azərbaycana preventiv hücumlar zamanı deyil. Bizim üstünlüyümüz Ermənistan və Qarabağın müdafiə qərarlarına əsaslanmalıdır” – ekspert bildirib.

Image result for Kirokosyan
Erməni politoloq yaranmış situasiyada sülh danışıqlarının perspektividən də danışıb. Onun fikrincə, yaxın aylarda danışıqların bərpası gözlənilmir: “Bunun iki səbəbi var. Birincisi, Dağlıq Qarabağ danışıqlar prosesindən çıxarılmasıdır. Ermənistan hiss edir ki, Azərbaycan diplomatiyada maraqlı deyil. İkinci səbəb: azərbaycanlılar arasında dərin məyusluq var ki, sülh prosesi onların ümidlərini doğrultmayıb. Biz onların bu qayğılarını daha yaxşı anlamalıyıq. Hansı ki, özünü hazırda ən təhlükəli formada – hərbi planda göstərməkdədir. Bütövlükdə Qarabağa dair real diplomatik proses yalnız növbəti hərbi əməliyyatlar mərhələsindən sonra mümkün görünür”.
***
Erməni siyasi və hərbi analitiklərinin yuxarıda təqdim elədiyimiz fikirləri düşmən ölkədəki sülh və müharibə ilə bağlı ovqatı bilmək baxımından əhəmiyyətli olmaqla yanaşı, bəzi mühüm qənaətlərə yol açır. Aydın olur ki, işğalçı ölkədə öz əsas müttəfiqi Rusiya sarıdan əmin və arxayınlıq, hər halda, güclü deyil – baxmayaraq ki, aprel döyüşlərindən sonra Rusiya təcavüzkarın özünü rahat hiss eləməsi üçün ona müəyyən silahlar ötürüb.

Image result for Aprel Döyüşü
Erməni ekspertlərin aprel sonrası hələ də davam edən həyəcanlı anonslarından həmçinin belə nəticə hasil olur ki, Rusiya hətta keçən ilin apreldəki kimi Azərbaycana müəyyən şans tanıyıb, yekun etibarilə Qarabağ taktikasını dəyişə, bölgəyə öz silahlı kontingentini yerdə bilər. Bir sözlə, düşmən tərəfdə aprel həyəcanı səngiməyib.
***

Image result for armenian parliament
Əlavə edək ki, aprelin əvvəlində Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkidən sonra ölkə parlamentli üsul-idarəyə keçəcək, əsas söz sahibi prezident yox, baş nazir olacaq. Bir sıra təhlilçilərə görə, saxtalaşma ehtimalı güclü olan aprel seçkilərindən sonra ölkədə ciddi siyasi qarşıdurmalar, qarışıqlıq yarana, hətta qan tökülə bilər. Qarışıqlıq isə Azərbaycana yeni hərbi uğur üçün əlavə və unikal şans yaradır. Bu xüsusda düşmən ölkədə ikiqat aprel həyəcanının yaşadığını əminliklə söyləmək olar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rəşadət Axundov NİDA-dan istefa verdi

Next Post

Trampın köməkçisi istefa verdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Next Post

Trampın köməkçisi istefa verdi

Ziya Məmmədovu bitirən zəng - DETALLI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.