"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MOSSAD direktorunun Vaşinqtona verəcəyi qovluqda nələr gizlənir? – ŞƏRH

29 Avqust 2022 - 20:35
in SİYASƏT

“İsrailin ali kəşfiyyat orqanı olan MOSSAD-ın direktoru Devid Barnea gələn həftə ABŞ-a gedir. İrana məxsusi düşmən heysiyyətlə yanaşan Barnea ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə sıx əməkdaşlıq edən fiqurdur, o, Vaşinqtonla Tehran arasında əldə oluna biləcək nüvə razılaşmasının qarşısına səd çəkməkdən ötrü böyük canfəşanlıq göstərir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az-ın məlumatına görə, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib:

“İsrailin nöqteyi-nəzərincə, Vaşinqtonla İslam Respublikası arasında İranın nüvə proqramının məhdudlaşdırılmasına dair razılaşma əks effekt verəcək, yəni bundan sonra Tehran regional təhlükəsizliyə təhdid səviyyəsini qaldıracaq və nüvə silahına yiyələnəcək.
Buna görə də, İsrail hökuməti davamlı olaraq Co Bayden administrasiyasının “Tehran addımlarını” İranı xilas etmək səyləri kimi dəyərləndirir və buna etiraz edir.
Yaxın Şərqdə siyasi hərisliyin yeniləndiyi və Suriya, İraq uğrunda yarışın qızğın vaxtında İsraillə İranın düşmən münasibətə “davam” deməsi normaldır, bura nüvə qorxusu da əlavə ediləndə atmosfer daha da gərginləşir.
İsrail indi ABŞ-ı İranla razılaşmaya getməmək üçün onu inandırmaq qabiliyyətini ortaya qoymalıdır, lakin bu, şifahi tezislərlə mümkünsüz kimi görünür.
Bu baxımdan hesablamaq çətin deyil ki, MOSSAD direkoru İran barədə toplanan yeni kəşfiyyat məlumatları ilə Vaşinqtona yollanır.
İsrailin kəşfiyyat hesabatlarında yəqin ki, İranın nüvə proqramını həyata keçirdiyi müəssisələrə dair yenilənmiş müfəssəl məlumatlar öz əksini tapır və etiraf etmək lazımdır ki, Təl-Əviv Vaşinqtonu Tehranla sövdələşmədən yayındıra biləcək manipulyativ informasiya alətlərinə də malikdir.
Amma CIA da ağılsız deyil və nəyin ağ, nəyin qara olduğunu ayırd etmək üçün özünəməxsus bacarığa sahibdir, buna görə də, David Barneanı çətin sınaq gözləyir.
İsrail kimi güclü kəşfiyyatı olan ölkədə İranın nüvə proqramından kənar digər fəaliyyətinin bütün istiqamətləri ilə bağlı göz oxşayan məlumatlar da Barneanın qovluğunda olacaq.
Həmin portfelə əlimiz girməsə də, oradakı sənədlərin ümumi təsvirini canlandırmaq üçün son bir ildə İranın xaricdəki kəşfiyyat fəaliyyəti barədəki informasiyalara baxmaq lazımdır.
İran bir ildən çoxdur ki, israilli iş adamlarını, mütəxəssisləri, keçmiş məmurları öldürmək planlarını cızır, lakin İsrailin çətiri altında birləşmiş kəşfiyyat gücü Tehranı ifşa edir.
Son bir ayda isə İranın ABŞ-dan olan siyasətçilərin ölüm fərmanını verdiyi aydın oldu və İslam Respublikasının qurduğu sxem üzə çıxarıldı.
David Barnea İsrailin kəşfiyyat oqanlarına yeni məlum olan bəzi məlumatları da ABŞ-a təqdim edəcək ki, bu barədə Vaşinqtonun özündə belə qıt informasiyalar mövcuddur.
Barnea İranın nüvə proqramının təhlükəlilik dərəcəsini Tehranın sui-qəsd planları ilə səsləşdirən bir hesabatı ətraflı şəkildə CIA-ya verəcək və ABŞ bunu incələyərək tükü-tükdən ayırmağa çalışacaq.
Çünki ABŞ-la İranı bir-birinə yaxınlaşmağa sövq edən qarşılıqlı ehtiyaclar gündəmdə aktuallıq təşkil edir və tərəflər yanlış təəssüratlarla yola çıxmaq istəmir.
Birinci, İran ABŞ üçün böyük bazardır, Rusiya-Ukrayna müharibəsinin enerji bazarına yaratdığı təhdidlərdən dolayı Vaşinqton İran resurslarını Avropa bazarlarında alternativ kimi nəzərdən keçirir.
İkinci, İran beynəlxalq sanksiyalardan yorğun düşüb, ölkədə tüğyan edən iqtisadi-sosial böhrandan çıxış yolu ABŞ-la dil tapmaqdan asılı vəziyyətdədir”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

AB bunun üçün 300 milyard xərcləyəcək

Next Post

“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin Şuşaya nə dəxli var?”-Politoloq

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin Şuşaya nə dəxli var?”-Politoloq

"Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin Şuşaya nə dəxli var?"-Politoloq

“Hikmət Hacıyevin fikirləri diplomatik auditoriyaya yönəlmişdi”-Ekspert

"Hikmət Hacıyevin fikirləri diplomatik auditoriyaya yönəlmişdi"-Ekspert

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.