“Mövcud su resurslarından səmərəli istifadə olunması günümüzün vacib məsələsinə çevrilmişdir. Dövlət bu istiqamətdə xüsusi proqramlar həyata keçirir. Ölkə başçısının tapşırığı ilə su balansı tərtib olunmuş, və müəyyən tədbirlər həyata keçirilməyə başlanmışdır”-bu sözləri Elchi.az-a açıqlamasında Millət Vəkili, Kənt Təsərrüfatı Komitəsinin üzvü Azər Badamov deyib.
“Belə ki, yeni subartezan qoyuları vurulur, su anbarlarının tikintisi planlaşdırlır, torpaq kanalların betonlaşdırılması layihələri davam etdirlir, kənd təsrrüfatının innovativ üsullarla becərilməini stuimullaşdırılması üçün fermerlərə əlavə subsidiyaları ödənilir. Kənd təsəsrrüfatının intensiv üsullarla becərilməsinə başlanmışdır. Suvarılan sahələrin damcı və ya çiləmə üsullara keçid etməsi sərf olunan suvarılma suyunun qənaetlə istifadə olunmasına yol açır”.
Millət vəkili hesab edirəm ki, su ehtiyatlarının artırılması və su resurslarından səmərəli istifadə olunması istiqamətində tədbirlər genişlənməlidir:” Suyun müsair üsullarla istifadə olunması orta məhsuldarlığın artmasına və ölkədə ərzaq təminatının daxili istehsalla həyata keçirilməsinə yeni imkanlar açacaqdır. Su həyat deməkdir. Ona görə də mövcud su resurslarımızı daha etibarlı şəkildə qorumalıyıq”.
Havar Şəfiyeva






