Bu şeiri Mövlud yazdırmışdı mənə. Demişdi, mənə sevgini təsvir elə, görüm sevgi nədir bilirsən? Yazmışdım, bəyənmişdi… çünki sevginin nə olduğunu bilirdi…((
Qanına yapışar, dostum,
Bir balaca gənə kimi.
Gəmirər, didər içini,
qəlbindən keçənə kimi.
Başa salmaq istəyərsən,
çəkdiyin acını, dərdi.
“Qanım ağırıyır” – deyərsən,
deyərlər bu, sərsəridir.
Var gücünlə bağırarsan,
səsin də çıxmaz içindən.
Görərsən ki, yavaş-yavaş
hamı, hamı qaçır səndən.
Yeyər səni bir qurd kimi,
içindən-içindən yeyər.
Sevmək budur, lənət olsun,
çəkdiyin əzaba dəyər.





