"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mövludun ömrü kimi yarımçıq…

18 Mart 2017 - 18:31
in KÖŞƏ YAZILARI

Heç bilmirəm necə yazım… Ötən həftənin üçüncü günü Araza dedim ki, Mövludu görsən, de, vaxt tapsa, qalxsın yuxarı…

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Beşinci gün gəldi. İçəri girdi. Boynumu qucaqladı. Beləcə salamlaşdıq.

– Araza 2 gündür demişəm ki, gələsən.

– Araz mənə heç nə deməyib. Yazaydın da Feysbukda. Bildim işə çıxmısan, dedim, səni aşağı düşəndə görərəm, yuxarı qalxmağa ərindim..

Gözümə heç də yaxşı görünmədi… Səbəbini soruşdum.

– Əmi, problemlərim var…

Danışmasını istədim, “qoy bir vaxt tapım, danışaram, təzə yığdırdığın ürəyinə “naqruzka” verməyim”, – dedi…

Vaxt tapmadı.

Dünən axşam ürəyim çox incitdi, təcili yardım gəldi… Səhər tezdən işə gəldim, Firəngiz Sabirqızı yazmışdı ki, Faiq, səhərə qədər yuxuma girmisən, cavab verdim ki, Əzrayıl ardımca gəlmişdi, pərt, əli ətəyindən uzun qaytardım geri…

Sən demə, həmin gün Əzrayıl mənim ardımca yox, bizim gənc dostumuz, mənim “əminin balası” dediyim Mövludun ardınca gəlibmiş və heç də əli ətəyindən uzun qayıtmayıb.

Mövlud özü Əzrayılı çağırıb, səsini eşitsin deyə daha yuxarı, 17-ci mərtəbəyə qalxıb. Bu dəfə yuxarı qalxmağa ərinməyib…

Hələ məktəbli idi mən onu tanıyanda. Sabir adına kitabxanada fəaliyyət göstərən “Pərvanə” ədəbi məclisinə gəlmişdi. Deyəsən, anası gətirmişdi. Sonradan özündən böyüklərin yanında oldu, özünü onlara tay tuta bildi.

Mövlud tez böyüdü, çox tez. Elə aramızdan da çox tez getdi, lap tez…

O gündən bəri xatirələrimi çözürəm… Ərkyana “Yeni xəbər” qəzetinin redaksiyasına gəlişi… O vaxt onun dostluq etməyə başladığı adamlar işləyirdi, əməkdaşlıq edirdi bizimlə. Zahir Əzəmətin, Günel Mövludun, Sevinc Pərvanənin, İntiqam Hacızadənin, El-sevərin, Elnur Astanbəylinin, Aqşin Yeniseyin əməkdaşlıq etdiyi həftəlik qəzet üçün yazı gətirmişdi. Sıxılmaq yox idi, tay-tuşlar kimi. Yazısını dərc etdim, ilk qonorarını bizdən aldığını dedi…

17-ci mərtəbədən hansı sürətlə, hansı ağırlıqla yerə çırpılmışdısa da, onun ölüm xəbəri beynimə elə sancıldı, ürəyimi elə sızlatdı… Əlimi sinəmə sıxdım, mənə elə gəldi ki, sinəmdəki karset də dözmədi bu çırpıntıya…

Mövludun iş otağına girdim o gün. İşlədiyi kompüterin monitorundan gülümsər, həyatsevər siması boy verirdi. Klaviaturanın üstündə qara lentlə kəmərlənmiş 6 ədəd qərənfil qoyulmuşdu. İçdiyi “Koko-kola”nın plastik qabı, çay içdiyi qırmızı xallı parçı və iki ədəd konfet kağızı… ondan stolun üstündə qalan son nişanələr… Heç kimin əli qalxmamışdı onları götürə…

Yan otağa keçdim. İş yoldaşlarının sifətlərinə qəmin, kədərin, təəssüfün rəngi…

Nə rəngdir bu? İfadə edə bilmirəm…

Uşaqlar deyir, həmin gün işdə olub, halı pis deyilmiş. Amma əvvəlki vaxtlarla müqayisədə çox sınmış görünürdü…

Onu dostları çox sevirdi…

Öz iş otağıma qalxıb, inboksuma gələn yazılara baxdım. Nərmin Kamal Mövludun ona yazdığı mesajları gec oxuyubmuş. “Allah mənim bəlamı versin”, – Nərmin yazıb mənə.

Aynur Cavid: “Dayanmadan ağlayıram. Elnarədə (Elnarə Tofiqqızı) də belə oldum, nə gələ bilirəm, nə də bir tanıyanla danışa bilirəm. Sadəcə, dünyanın unudulmuş bir küncündə yaşayıram”.

Dəfnində qələm dostları, həmkarları oldu. Aynur xanım ayrıca avtobus kirayələmişdi.

Mətbuatdan bildim ki, dəfnində övladının anası, həm də həmkarı Sevinc də olmayıb… Sarsılıb?

Mövludun onu çox istədiyini hamı bilirdi. Onu necə qoruyurdu, əzizləyirdi, zarafat edirdi, işdən gedəndə ötürürdü, işə gələndə qarşılayırdı… Niyə o Mövludu son mənzilə ötürmədi?

Heç bilmirəm nə yazım, nələri yazım… Yarımçıq saxlayıram. Mövludun ömrü kimi…

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynada Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 10 avtomobil oğurlanıb

Next Post

Türkiyə silkələndi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Türkiyə silkələndi

Brüsseldə güclü partlayış: Bina çökdü - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.