Mozambikin şimal sahillərində bərənin batması nəticəsində 90-dan çox adam ölüb, lakin göyərtəsində olan təxminən 130 nəfərdən 5-i xilas edilib.
Elchi.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Nampula əyalətinin dövlət katibi Xayme Neto məlumat verib.
Məlumata görə bərədəki insanlar vəba epidemiyası səbəbilə Lunqadan Nampula sahillərindəki Mozambik adasına gedirmiş.
Ölənlər arasında çoxlu uşaqların da olduğunu bildirən Neto, “Gəmi həddindən artıq sıx olduğu və sərnişin daşımaq üçün uyğun olmadığı üçün batıb”.
Sosial mediada yayımlanan və qəza yerindən çəkildiyi iddia edilən videolarda çimərlikdə uzanan çoxlu cəsədlər və uşaqların cəsədlərini daşıyan bəzi adamlar görünür.
Xilas edilən 5 nəfərdən ikisinin vəziyyətinin ağır olduğu, qəzanın səbəblərinin rəsmi orqanlar tərəfindən araşdırıldığı bildirilib.
Nuranə Məmmədova






