Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri iə əlaqədar iclası keçirilir.
Elchi.az-ın xəbərinə görə, iclasın gündəliyinə 4 məsələ daxildir:1. Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi;
2. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi;
3. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması;
4. Növbədənkənar Prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi.






