3 seçki məntəqəsində nəticələr tam ləğv edilib; ölkə yeni konstitusiya ilə idarə olunmağa başlayır
Oktyabrın 11-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. MSK sədri Məzahir Pənahov iclasda bildirib ki, MSK sentyabrın 26-da keçirilmiş referendumla əlaqədar səsvermənin təşkili üçün üzərinə düşən vəzifəni yerinə yetirib. MSK sədri deyib ki, ən qərəzli müşahidəçilərin hesabatlarında da seçki prosesində hakimiyyət resurslarından istifadə olunması barədə ifadəyə rast gəlinmir. Bir vaxtlar irad kimi səslənən bu ifadə artıq yaddan çıxıb: “Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrinin heç birindən geri qalmır”.
İclasda məlumat verilib ki, MSK referendumla əlaqədar 3 seçki məntəqəsində seçkinin nəticələrini tam ləğv edib. 1 seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv edilib.
11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlilabad kənd Seçki Dairəsi 2 saylı seçki məntəqəsində seçkinin nəticələri tam, 64 saylı saylı Sabirabad Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv olunub.
MSK referenduma yekun vurulması və yekunların elan edilməsi barədə qərar qəbul edib.
Qərarda bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu referenduma çıxarılmış Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir. Sənəddə qeyd edilir ki, MSK-nın protokolu təsdiq edilərək referenduma yekun vurulsun, referendum baş tutmuş sayılaraq konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi qəbul edilmiş hesab edilsin, referendumun yekunları elan edilərək Referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilsin. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, referendum Aktı layihəsində Konstitusiyaya 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülmüşdü.
Referendumun nəticələrinə görə, seçkidə iştirak edənlərin 92 faizi konstitusiyaya təklif edilən dəyişikliklərə “hə” deyib.
Referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkə prezidenti konstitusiyaya əsaslanaraq 1-ci vitse-prezident, vitse-prezidentlər təyin etməlidir. Hakimiyyət rəsmilərinin, iqtidara yaxın deputatların, bir sıra siyasətçilərin və ekspertlərin indiyə qədər verdiyi açıqlamalarda, proqnozlarda referendumun nəticələrinin qüvvəyə minməsindən sonra ölkədə ciddi dəyişikliklərin, islahatların həyata keçiriləcəyi vurğulanır. Qeyd edilir ki, Konstitusiyaya yeni dəyişikliklər idarəetmənin dəyişməsinə gətirib çıxaracaq. Konstitusiya dəyişikliyinə qədər Azərbaycan prezidenti vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətləri baş nazirə keçirdisə, dəyişiklikdən sonra birinci vitse-prezidentə keçir.
Konstitusiya dəyişiklikləri qüvvəyə mindikdən sonra bu ilin dekabr ayında prezident və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi iddia olunur.
Bu barədə hakimiyyətə yaxın bir sıra deputatların da açıqlamaları olub. Bildirilib ki, referendumun nəticələri təsdiq olunandan sonra Azərbaycanda prezident seçkilərinin keçirilməsi ehtimalı böyükdür. Bəzi siyasi partiya sədrləri isə növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya edilən yeni dəyişikliklərin tələb etdiyini bildiriblər.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov moderator.az-a bildirib ki, növbədənkənar seçkilər təyin etmək səlahiyyətləri konstitusiyada yeni dəyişikliklərə görə ölkə prezidentinə məxsusdur. Prezident əgər istəsə, növbədənkənar prezident seçkiləri çağıra bilər: “İstəməsə, onsuz da cənab prezident xalq tərəfindən yekdilliklə seçilib və 2018-ci ilə qədər müddəti var. Proses 2018-ci ilə qədər davam edə bilər. Bu, prezidentin səlahiyyətində olan məsələdir və hesab edirəm ki, kiminsə buna müdaxilə etməsi, hansısa proqnoz verməsi doğru deyil”.