MSK son dörd seçki dairəsi üzrə lider namizədlərin adlarını açıqlayıb.
APA-nın məlumatına görə, bu barədə MSK-nın İnformasiya Mərkəzi məlumat verib.
Seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır:
35 saylı Xətai Üçüncü Seçki Dairəsi – Əlizadə Araz Məmməd Mübariz oğlu (ASDP) – 44,7%
54 saylı Şabran –Siyəzən Seçki Dairəsi – Süleymanov Tahir Süleyman oğlu (YAP) – 71,2%
118 saylı Ağdam Şəhər Seçki Dairəsi – Əliyev Bəxtiyar Həmzə oğlu (bitərəf) – 68%
121 saylı Laçın seçki dairəsi – Abbaszadə Mahir Tapdıq oğlu (YAP) – 75,2%
Qeyd edək ki, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd, 22 partiya mübarizə aparıb.




