
Elchi.Az “Report”-a istinadən məlumat verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən N.Alıyev Ağaisa Mahmudov epizodu üzrə ifadə verib.
O, ittihamları qəbul etmədiyini deyib.
Daha sonra digər təqsirləndirilən F.Əliyev dindirilib. O, Daşkəsən epizodu üzrə ifadəsində ittihamları rədd etdiyini söyləyib. Onun sözlərinə görə, həmin hadisə zamanı əməliyyatda iştirak etməyib.
Məhkəmədə fasilə elan olunub.
Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs ediliblər.



