"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“MTN necə cinayətkar ola bilər?”

22 Oktyabr 2015 - 12:57
in XƏBƏR LENTİ

456“Son bir həftədə yazılı və elektron KİV-ləri saf-çürük edəndə olduqca narahatlıq doğuran mənzərə ilə rastlaşdım”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bunu mediaya verdiyi açıqlamada “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili bildirib.

Asif Mərzili narahatlıq doğuran məsələlərin hansı olmasına belə aydınlıq gətirib: “Məsələ ondadır ki, ümumiləşdirsəm, demək olar bütün KİV-lərdə, təxminən belə bir başlıqla yazılar dərc olunub və olunmaqdadır: «MTN-nin qanunsuz əməllərə yol verdiyini hamı yaxşı bilir». Hətta adını çəkmək istəmədiyim tanınmış hüquqşünas-vəkillərin aparıcı KİV-lərdə dərc olunan açıqlamalarında yuxarıda qeyd etdiyim sərlövhələr aparıcılıq edir… Bu gün də həmin başlıqlı yazı sərgilənib… Ola bilsin kimlərsə bu cür sərlövhəli yazıları qəsdən yazır və məqsədli şəkildə MTN-nin adını biabır etməyə, gözdən salmağa, ictimai inamsızlıq formalaşdırmağa  səy göstərir. Ola bilsin kimlərsə bunu naşılıqdan, kortəbiilikdən edir… Amma bilmək lazımdır ki, bütün bu yazılar və məlumatlar ictimai diqqət mərkəzindədir. Belə olan halda xalqın onun dövlətinin təhlükəsizliyi etibar olunmuş bir dövlət qurumuna-MTN-ə inamı qala bilərmi? Axı MTN bir idarəetmə aparıtıdır, strukturdur. O necə cinayətkar ola bilər, yaxud qanunsuz əməllərə yol verə bilər??? Bu başqa məsələdir ki, MTN-nin strukturunda cinayət törətmişlər olub… Primitiv formada ifadə etsək, tutaq ki, bir traktorun sürücüsü cinayət törədib, qanunsuzluğa yol verib və s. Yazsaq ki, «Traktor qanunsuz əməllərə yol verib», bu necə anlaşıla bilər? Təəccüblü odur ki, hətta tanınmış hüquqşünaslar və KİV-lər belə dövlət idarəetmə aparatı olan MTN-lə onun strukturlarında oturub qanunsuz işlərlə məşğul olan rəsmiləri-generalları, rəisləri səhv salırlar… Jurnalistlər isə necə gəldi yazır və  «MTN»-lə «MTN-nin əməkdaşları» ifadələrini dəyişik salırlar. Hesab edirəm ki, indiki məqamda, necə ki, dörd tərəfimiz düşmənlə doludur, separatçılıq meyilləri bizi hər an izləyir, düşmən həmişə oyaqdır, belə bir məqamda dövlətimizin, deməli, bizim təhlükəsizliyimizə birbaşa cavabdeh olan bir dövlət qurumunu gözdənsalma kampaniyasına yol verilməməlidir, bunun qarşısı alınmalıdır. Hər halda, hesab edirəm ki, MTN-nin mətbuat xidməti bu məqsədlə xüsusi bəyanat verərək KİV rəhbərini, jurnalistləri bu mövzuda yazarkən diqqətli olmağa çağırmalıdır. Təsəvvür  edirsinizmi, indi məktəbli uşaqlar da «MTN pis işlərlə məşğul olurmuş» deyir. Bunlara son qoymaq, hər şeyi öz adı ilə çağırmaq lazımdır…”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

NASA: Noyabrda dünya qaranlığa qərq olacaq

Next Post

600 min oğurlayan qadın həbs edildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

600 min oğurlayan qadın həbs edildi

Güllələnən iş adamının xanımı: “İcra başçısı halal mülkümü hərraca çıxarıb”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.