"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müəllimlərin maaşı atracaq – Yanvarın 1-dən

23 Dekabr 2015 - 09:34
in XƏBƏR LENTİ

Əmək haqlarının artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Amma artım zamanı qiymətləndirmədən keçən müəllimlər arasında fərq qoyulmayacaq, artım bütün müəllimlərin əmək haqlarına eyni səviyyədə təsir göstərəcək.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bunu Trend-ə Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov diaqnostik qiymətləndirmə zamanı fərqli nəticələr göstərən müəllimlərin əmək haqlarının fərqli prinsiplərlə artıb-artmayacağına aydınlıq gətirərkən deyib. Nazir müavinin sözlərinə görə, amma sonrakı mərhələlərdə – attestasiya, differensiyallaşdırılmış əmək haqqınının tətbiqi zamanı müəllimlərin əmək haqlarında fərqlər olacaq.

Gələn il yanvarın 1-dən maaşları yüksəldiləcək 9 rayon və 3 şəhərin müəllimlərinin əmək haqlarında artımın hansı səviyyədə olacağına gəldikdə isə C.Bayramov deyib ki, əmək haqqı artımı Azərbaycan Prezidentinin bir il bundan əvvəl bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncama uyğun olaraq həyata keçiriləcək.

Nazir müavini həmin sərəncama uyğun şəkildə artıq 2015-ci il yanvarın 1-dən Bakı şəhərində müəllimlərin əmək haqlarının artımının baş verdiyini xatırladıb: “İndi eyni qayda 3 şəhər, 9 rayonda 2016-cı il 1 yanvar tarixindən tətbiq olunacaq. Orada sınaq qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması artıq yeni qaydalarla – 18 saatlıq stavka üzrə hesablanacaq. Əmək haqları da həmin yeni qaydalarla hesablanacaq. Orta hesabla 1,5 dəfə dərs yükü norması, iki dəfə isə əmək haqqı artırılacaq. Orta hesabla bir dərs saatının dəyəri təxminən 35 faiz artacaq”.

C.Bayramov qeyd edib ki, hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alına bilər: “Diaqnostik qiymətləndirmənin nəticələri məktəb rəhbərliyi üçün təhlil aparmaqdan ötrü əlavə materialdır. Çünki onlar bu nəticələrə əsasən görürlər ki, sınaq qiymətləndirmədə bu və ya digər fənlərdən yüksək bal toplamış müəllimlər yuxarı sinif proqramlarını daha yaxşı mənimsəyirlər”.
Nazir müavininin sözlərinə görə, diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin ixtisasartırması zamanı da nəzərə alınacaq: “İxtisasartırma artıq modullarla istiqamətlər üzrə müəyyənləşir. Müxtəlif səviyyəli sınaq qiymətləndirmədən keçən müəllimlər üçün müxtəlif tipli ixtisasartırma proqramları keçirilir. Bu nəticələr müəyyən mənada həmin müəllimlərin fəaliyyətlərindəki boşluqları görüb öz üzərlərində daha yaxşı işləmələri üçün bir materialdır”.

Qeyd edək ki, ilk dəfə 2014-cü ildə paytaxt məktəblərində çalışan 30 min müəllimin ixtisas və metodika sahəsində biliklərinin, kommunikativ qabiliyyətlərinin diaqnostik qiymətləndirilməsi aparılıb. Bu ilin sonuna kimi ölkənin daha 3 şəhər və 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi prosesi başa çatacaq. Gələn il yanvarın 1-dən onların maaşları artımla hesablanacaq.

Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlərin bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yağış, çiskin, qar – Bu günün havası

Next Post

Nəqliyyat Nazirliyinin səlahiyyətləri məhdudlaşdırıldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Nəqliyyat Nazirliyinin səlahiyyətləri məhdudlaşdırıldı

Dollar yenə bahalaşdı - Məzənnə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.