"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müəmmaya aydınlıq gəldi (FOTO)

11 Fevral 2015 - 13:32
in SOSİAL

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

sos“Sovetski”də sakinlərə verilən kompensasiyasının dayandırlıldığı deyilir

Ətrafı toz-duman bürüyüb. Uçurulan evlərin divarları, ətrafa yayılan ağır texnikanın səsi qulaqları batırır.

Bütün bunlar “Sovetski” adlanan ərazidəki evləri söküntüsü zamanı baş verir. ANS PRESS-in məlumatına görə, “Sovetski”də qulaq batıran təkcə ağır texnikanın səsi deyil.

Son vaxtlar yayılan söz-söhbətlərə görə, “Sovetski” ərazisində aparılan söküntülərdə evləri dağıdılan sakinlərə ayrılan kompensasiya verilmir. Yayılan şayiələrə görə, guya dövlət büdcəsində vəsait olmadığı üçün əhaliyə pul verilməsi yubanır.

Məsələyə aydınlıq gətirmək üçün Yasamal Rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra hakiminin başçısının I müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamovun ANS PRESS-ə verdiyi məlumata görə, səsləndirilən fikirlərin heç bir əsası yoxdur.

“Sovetski” dövlət başçısının təşəbbüsü ilə şəhərin mərkəzində on illər boyu qəzalı, yarıuçuq mənzillərdə yaşayan 50 minə yaxın insanın mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bir layihədir. Bu layihə bəzilərinin öz istədikləri və qələmə verdikləri kimi deyil. Layihənin icrası hər hansı bir ərazinin boşaldılması və gələcəkdə hansısa məqsədlər üçün istifadə edilməsinə xidmət etmir. Prosesin gedişində heç bir fasilə yoxdur. Əksinə, müəyyən irəliləyişlər var. Bu günə qədər artıq 6 892 mənzilin sənədləşmə işi yekunlaşıb. Yəni bu sahədə ümumi işin 65 faizi başa çatdırılıb. 2315 ailə artıq mənzillərini sataraq köçüb. 2290 mənzil sökülüb. Sakinlər onlar üçün ayrılan kompensasiyanı tamamilə alıblar”, – deyə Səməd İslamov bildirib.

Qurum rəsmisi bildirib ki, əvvəllər prosesdə müəyyən problemlər yaranmışdı: “Bəzi evlər sənəddə qeyd ediləndə çox sahəsi olan evlər vardı. Artıq problem həll olunub. Çalışırıq ki, heç bir sakin narazı qalmasın”.

“Sovetski” məhəlləsinin köçürülməsi ilə bağlı işin həcminin həddən artıq böyük olduğunu vurğulayan S.İslamov bildirib ki, Köçürmə Komissiyasının işi tək evlərin satın alınması ilə yekunlaşmır.

“Sökülmüş evlərin əmlak reyestrindən silinməsi, minlərlə insanın həmin ünvanlardan pasport qeydiyyatından çıxarılması böyük zəhmət, vaxt və xüsusi diqqət tələb edir. Hesab edirəm ki, ötən müddət ərzində bizim ən başlıca nailiyyətlərimiz mənzillərin ölçülməsində, qiymətləndirilməsində və satın alınmasında şəffaflığı təmin edə bilməyimizdir. Əvvəldən axıra qədər bu tədbirlər mülkiyyət sahibinin və onun ailə üzvlərinin iştirakı ilə aparılır. Lakin bəzi hallarda hər iki tərəfin istəyinə, əldə edilən razılaşmaya baxmayaraq, mənzillərin alqı-satqısı mümkün olmur. Bu isə mənzil sahiblərinin vərəsəlik və pay bölgüsü ilə əlaqədar vaxtında sənədləşmə işlərinə laqeyid münasibətlərinin nəticəsidir. Yasamal Rayon İcra Hakimiyyətinə banklardan köçürülmə ərazisinə düşən mənzillərin sahiblərinin girov və kredit borclarına görə çoxlu sayda bildirişlər daxil olur. Bəzən banklara uzun illər ödənilməyən borcun miqdarı mənzilə ödəniləcək vəsaitdən artıq olur. Bütün bu problemlər ayrı-ayrılıqda fərdi yanaşma tələb edir və biz bu məsələlərin yalnız hüquqi müstəvidə, ilk növbədə sakinlərimizin maraqlarını qoruyaraq həll etmək tapşırığını almışıq. Heç kəs, xüsusilə “Sovetski” sakinləri qətiyyən narahat olmasınlar. Hamının istəklərinə uyğun köçürülməsi təmin ediləcək”, – deyə Səməd İslamov bildirib.

Qurum rəsmisi bildirib ki, müstəqil ekspertlər qrupu söküntü aparılan ərazidə araşdırmalar aparır və bazar qiymətini müəyyən edirlər. Komissiya sədri qeyd edir ki, Bakıətrafı ərazilərdəki evlərlə şəhərin mərkəzindəki evlər arasında qiymət fərqi olmalıdır.

“Məsələn, Zabratda tikilmiş evlə Bakının mərkəzindəki evin qiyməti eyni ola bilməz. Dövlət tərəfindən evin sökülməsi üçün hər kvadrat metrə görə müəyyən edilən maksimum məbləğ 1500 manatdır. Ancaq bu o demək deyil ki, bütün evlərə həmin qiymət tətbiq olunur. Evin yerləşdiyi ərazidə bazar qiymətləri nəzərə alınır və məbləğ müəyyən edilir. Evin kvadratını 1500 manatdan aşağı hesablanması mümkündür, ancaq yuxarı həddə hesablamaq mümkün deyil”, – deyə Səməd İslamov vurğulayıb.

FOTO: Polad Qasımov:

ANS PRESS

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Polad Alemdara daha bir zərbə (VİDEO)

Next Post

Dünyanın ən məşhur qatilini mumiyalamaq istəyirlər

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Dünyanın ən məşhur qatilini mumiyalamaq istəyirlər

Erməni kəşfiyyat komandiri məhv edildi

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.