"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mübariz Qurbanlı ehsan israfçılığından danışdı: “Bizi dəstəkləyirlər…” AÇIQLAMA

04 Sentyabr 2014 - 13:52
in Kateqoriyasız

Azərbaycandakı yas mərasimlərində israfçılıq halları, ehsan verilməsi qaydasına nəzarətlə bağlı artıq Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətləri tərəfindən addımlar atılır. Artıq bir neçə rayonda – Sumqayıtda, Füzulidə və Gəncədə icra başçılarının göstərişi ilə yas mərasimlərinə nəzarət edilməsi barədə xəbərlər yayılıb.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

9cf705c58d1b5ffaaeee36b92ac2d1cfQafqaz Müsəlmanları İdarəsindən Lent.az-a bildiriblər ki, insanlar yas mərasimlərinin təşkili ilə bağlı seçimlərində azaddırlar: “Qafqaz Müsəlmanları İdarəsinin bölgələrdəki din xadimləri yalnız tövsiyə işi aparır. Din xadimlərimiz yas mərasimlərinə dəvət aldığı halda gedir. Bizim işimiz Allah kəlamını insanlara çatdırmaqdır. Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə insanlara müraciət edərək, yas mərasimlərində israfçılığa yol verməməyə çağırıb. Və bununla da bağlı yetərli fətvalar, bəyanatlar verilib. İllərdir oturuşmuş qaydalar var. İnsanlar bahalı ehsan süfrəsi açmayanda özlərini vəfat etmiş insanın qarşısında günahkar hesab edirlər. Bizim tərəfimizdən mərhumun kəfənlənməsi, dəfni, cənazə namazının qılınmasına daha çox diqqət ayrılması xahiş olunur. Biz insanları nəyəsə məcbur edə bilmərik. İstəyən verilən tövsiyələrə əməl edəcək, istəməyən etməyəcək. Burda məcburiyyət yoxdur. O ki qaldı icra hakimiyyətlərinin qadağalarına, bu onların öz səlahiyyətindədir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lent.az-a açıqlamasında yas mərasimlərində israfçılıq hallarının qarşısını almaq üçün hansısa qanuna ehtiyac olmadığını söyləyib: “Yas mərasimləri ilə bağlı bizim müəyyən etdiyimiz xətt ondan ibarətdir ki, bu mərasimlərdə həddindən çox israfçılığa yol verilməsin. Mərasimlər dini kitabımızda və adət-ənənələrimizdə təsbit olunmuş qaydalara uyğun şəkildə keçirilməlidir. Bildiyiniz kimi, yas mərasimləri indiki şəraitdə hədsiz israfçılıqla müşahidə olunur. Bu isə yolverilməzdir. Qeyd edim ki, Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə öz mövqeyini hələ 2009-cu ildə bildirib, hədsiz israfçılığın əleyhinə fətva verib. Yas mərasimlərimiz yalnız və yalnız müəyyən olunmuş qaydalar əsasında təşkil olunmalıdır. Bunun üçün hansısa qanun qəbul etməyə ehtiyac yoxdur. Bu məsələ rayonlarımızda, kəndlərimizdə, qəsəbələrimizdə din xadimləri, ağsaqqallar, ziyalılar tərəfindən izahat, təşviqat, təbliğat yolu ilə həll olunmalıdır. Vəfat edən insanın ruhuna hörmət əlaməti olaraq “Qurani-Kərim”-dən irəli gələn bəzi vəzifələr icra olunmalıdır. Məhəmməd peyğəmbər əleyhissalamın özünün sağlığında müəyyən etdiyi və söylədiyi fikirlər var. Bu fikirlər bütün müsəlman aləminə bəllidir. Bu fikirlərə görə, yas mərasimləri 3 gündən artıq olmamalıdır. Amma zaman-zaman adət-ənənələrdə müəyyən dəyişikliklər baş verib. Onlara nələrsə əlavə olunub. Adət-ənənələr də ehkam deyil. Adət-ənənələr də zamanın tələbinə uyğun olaraq dəyişikliyə məruz qalır. Yas mərasimləri hansısa qanuni çərçivədə deyil, yas mərasimləri milli, dini adət-ənənənin yaratdığı bir mərasimdir. Milli-dini adət-ənənədən irəli gələn məsələdir. Burada insanlar yalnız və yalnız milli, dini adət-ənənələrimizdəki məsələlərə əməl eləməlidir. Bu qanunla tənzimlənmir, bu adət-ənənələr çərçivəsində, tövsiyələr, təşviqat və izahat vasitəsilə öz həllini tapır. Hesab edirəm ki, yas mərasimlərində israfçılıq və digər məsələləri insanlara zamanında izah edə-edə təkamül yolu ilə həll edə biləcəyik”.

Mübariz Qurbanlı rayonlarda icra başçılarının dəbdəbəli mərasimlərə qadağalar qoyulması xəbərinin bu cür təqdim edilməsinin də əleyhinə olduğunu qeyd edib: “Məsələn, mən özüm bəzi rayonlarda olmuşam. Din xadimləri ilə, yerli ziyalılarla görüşmüşəm. Və bu görüşlərin nəticəsində həmin rayonlarda insanlar, vətəndaşlar özləri bu tövsiyələri məqbul hesab edirlər. Qeyd edim ki, dini idarələr, məscidlər bizimlə həmrəylik nümayiş etdirir. Onlar da israfçılığın əleyhinədir. Onlar da bu məsələdə bizimlə birgə dayanıb, burda heç bir fikir ayrılığı yoxdur. Rayonlarda tövsiyələr verilib və bu tövsiyələri də mətbuat qadağa kimi qələmə verir. İcra hakimiyyətləri insanlarla görüşlər keçirərək izahat işi aparır. Mən özüm izahatla bağlı tədbirlərə qatılmışam və orda din xadimləri, ziyalılar və vətəndaşlar iştirak edib. Əksəriyyətin fikri ondan ibarətdir ki, biz yas mərasimlərində israfçılığa yol verməməliyik. Bizə yüzlərlə məktublar daxil olub, bizi dəstəkləyirlər. Rayon icra hakimiyyəti başçıları və xüsusilə orda dini komissiyaların rəhbərləri, həmçinin bizim yerli şöbələrimiz, yerli rəhbərlikdə olan şəxslər izahatla, tövsiyə ilə bunu həll edirlər. Və burda hansısa bir hökmdən söhbət gedə bilməz. İstənilən rayonda keçirilmiş müşavirəyə baxsanız görərsiniz ki, heç bir icra başçısı qadağa tətbiq etmir. Sadəcə, ağsaqqalları yığıb söhbət edirlər və fikir mübadiləsi aparırlar. Məsələn Şəmkirdə, Xaçmazda tədbirlərdə iştirak etmişəm. Sabah Sabunçuda tədbir keçirəcəyik. Gəncədə icra hakimiyyətində tədbir keçirilib, bizi komitənin nümayəndəsi orda iştirak edib. Gəncənin icra başçısı hökm verməyib. Sadəcə insanları yığıb fikir mübadiləsi aparılıb. Amma bəzən mətbuat bunu qadağa kimi təqdim edir. Biz Sumqayıtın icra başçısı Eldar müəllimlə birlikdə dini icma nümayəndələri, ağsaqqallar, ziyalılarla görüşüb söhbət aparmışdıq. Hamı da deyir ki, bunun uzadılması, müxtəlif növ yeməklər verilməsi, süfrələr açılması və sair bunlar bütövlükdə ehsan anlayışıyla üst-üstə düşmür. İnsan ehsan adı altında körpü sala bilər, bulaq tikə bilər, təhsil ocağına yardım göstərə bilər. Yəni, ehsan anlayışını yalnız süfrələrə düzülmüş nemətlərlə eyniləşdirmək doğru deyil. Biz ehsan anlayışını süfrəyə bağlamağın tərəfdarı deyilik. Dinimiz də belə deyir, Qafqaz Müsəlmanları İdarəsi dediyim kimi bunu vaxtilə deyib. Bəzi mətbuat orqanları isə burda ziddiyyət axtarmaq istəyir. Heç bir ziddiyyət yoxdur. Yerlərdə olan axundlar fikirlərini bildirirlər. Bunu qanunla, qərarla, hökmlə həll etmək niyyətində deyil heç kim, bunu ancaq təkamül yolu ilə etmək lazımdır”.

Tags: SOSİAL
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı biznesmenin evinə raket düşdü

Next Post

Lukaşenko Şeyxə orden verdi

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Lukaşenko Şeyxə orden verdi

Türkiyə İŞİD qalmaqalına cavab verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.