"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müdafiə naziri hərbi məktəblərdə olub

13 Sentyabr 2014 - 23:35
in XƏBƏR LENTİ

Sentyabrın 13-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti yeni 9a9e71ff190420f1d1b8f9c85b656e55tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması ilə əlaqədar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, müdafiə nazirinə ali hərbi təhsil müəssisəsinin baş planı göstərilib, qərargah və digər inzibati binalar, həmçinin məktəbin ərazisində yerləşən infrastruktur haqqında ətraflı məlumat verilib.

 

Müdafiə naziri məktəbin yeni təmir olunmuş, müasir avadanlıqlar və stendlərlə təchiz edilmiş tədris korpuslarında, müxtəlif kafedralarda və fənn kabinələrində tədrisin maddi-texniki şəraitinə baxış keçirib, o cümlədən yeməkxana, yataqxana və inzibati binalarda olub.

 

Müdafiə naziri Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəblərində də mövcud şəraitlə tanış olub.

 

Sonra nazirliyin rəhbər heyəti, məktəblərin komandanlığı və müəllim-professor heyətinin iştirakı ilə geniş tərkibdə toplantı keçirilib.

 

Yeni tədris ilində məktəbin zabit və müəllim heyətinin qarşısında dayanan əsas vəzifələri diqqətə çatdıran müdafiə naziri ölkəmizdə müasir təhsil sisteminin inkişafına Azərbaycan  prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayıb. Nazir qeyd edib ki, hazırda ölkəmizdə hərbi təhsil sisteminin müasir dünya tələbləri səviyyəsində qurulmasına ciddi diqqət yetirilir.

 

Eyni zamanda, məktəbdə qısa müddətdə yüksək səviyyədə aparılan təmir-bərpa işlərindən, maddi-texniki bazanın vəziyyətindən məmnun qalan müdafiə naziri bütün bunlarda əməyi olan hər kəsə təşəkkür edib.

 

Hərbi məktəblərdə təhsillə bağlı fikirlərini bölüşən müdafiə naziri tədris-maddi bazasının imkanlarından geniş istifadə etməklə çöl təlim-məşqlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. O deyib ki, bizim hərbi məktəbləri bitirən gənc zabitlər elə praktiki hərbi biliklərə yiyələnməlidirlər ki, döyüş zamanı istənilən və zəruri şəraitdə qazandıqları vərdişləri asanlıqla və əminliklə tətbiq etmək bacarığına malik olsunlar.

 

Sonda Müdafiə naziri gələcəyin zabit kadrlarının hazırlıq səviyyəsinin gücləndirilməsi, nizam-intizamın və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində məktəbin rəhbərliyinə tapşırıq və tövsiyələrini verib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Obama xalqa tək olmadıqlarını bəyan etdi

Next Post

“Apple” üzr istədi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Apple" üzr istədi

Aİ Ermənistanın qərarına hörmət edir, lakin təəssüflənir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.