Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2016-cı il üçün birgə tədbirlər planı imzalanıb. Sənədə əsasən keçiriləcək tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib.İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər təşkil olunacaq. Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, tarixçilər, elm xadimləri, ilahiyyatçı alimlərin iştirakı ilə birgə “dəyirmi masa”ların təşkili də nəzərdə tutulub.
Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib
Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...




