Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin guya şənbə günü günorta saatlarında ölkə Silahlı
Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumatı təkzib edir.
Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumatı təkzib edir.Bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
V. Dərgahlı bildirib: “Ermənistan KİV-lərinin guya Azərbaycan Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumat həqiqətə uyğun deyildir”.
Ermənistan KİV-ləri, həmçinin hərbi toqquşma zamanı Ermənistanın iki hərbçisinin – Artak Sedrakoviç Agekyan (1979-cu il) və Ayk Qrioqoroviç Baroyan (1995-ci il) – öldürüldüyü barədə məlumat yayıblar.



