"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müdafiə Nazirliyi təkzib etdi

19 Avqust 2014 - 21:02
in GÜNDƏM

NATO təyyarələrinin Azərbaycanda yanacaq doldurub Ukraynada separatçıları bombalaması xəbəriimg1616290 yalan çıxdı

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

“NATO-nun bombardmançı təyyarələri Azərbaycanda yanacaq doldurur və Ukraynadakı separatçıları bombalayırlar”. Virtualaz.org saytı xəbər verir ki, bu sensasion bəyanatla ABŞ, Moldova və Rusiyanın bir sıra kütləvi informasiya vasitələri çıxış ediblər.

Moldovanın actualitati.md nəşri xəbər verir ki, “Şərqi Ukraynada mülki obyektlərə hücum edən qırıcı-bombardmançı təyyarələr Ukrayna Hərbi-Hava Qüvvələrinin tanınma nişanları altında uçurlar. Bu təyyarələrin Azərbaycan, Rumıniya və Moldovadakı aviabazalara qədər uçuşları izlənərək qeydə alınıb. Onlara bu aviabazalarda texniki xidmət göstərilir, silah ehtiyatları yüklənir. Mümkündür ki, həmin təyyarələrin bəzilərinin pilotları polyaklar, hətta israillilərdir”.
“Təyyarənin təyin edilməsi” adlı online veb-proqramı ilə işləyən kanadalı jurnalist Ceffri Uest Ukraynanın hava məkanı üzərində “paketlərlə” uçan bir qrup döyüş maşınını aşkarlayıb. Kanadalı jurnalist onu da müəyyən edib ki, həmin təyyarələr NATO bazalarından və digər obyektlərdən havaya qalxırlar.
Adıçəkilən nəşr onu da bildirir ki, Azərbaycanda ABŞ silahları ehtiyatı var. Bu silah ehtiyatı 2010-cu ilin iyun ayında ABŞ-ın “Qreyfer” hərbi gəmisi ilə Gürcüstanın Poti limanına gətirilib və Gürcüstandakı mənbələrin verdiyi məlumata görə, yük maşınları ilə Azərbaycandakı bazalara daşınıb.
Məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün Azərbaycan XİN-dən münasibət öyrənmək istədik. Lakin telefon zənglərinə cavab verən olmadı. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “Yeni Müsavat”a bildirdi ki, bu barədə Nazirliyin rəsmi münasibəti açıqlanacaq.
Günün ikinci yarısında MN-nin rəsmi saytında yer alan məlumatda yayılan iddialar təkzib edilib: “Müdafiə Nazirliyi bildirir ki, bəzi kütləvi informasiya vasitələrində NATO-ya məxsus təyyarələrin Ukraynadakı separatçıları bombalaması məqsədilə yanacaq doldurulması üçün müxtəlif dövlətlərlə yanaşı guya Azərbaycan ərazisindəki aerodromlardan istifadə edilməsi haqqında yayılan və heç bir fakta söykənməyən məlumatların əsası yoxdur və bu kimi informasiyalar təxribat xarakteri daşıyır”.
Sözügedən məlumatın eyni zamanda üç ölkənin mətbuatında yayılması təsadüfə oxşamır. Xüsusilə də bu iddiaların Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin hərbi əməkdaşlıqla bağlı geniştərkibli görüş keçirdiyi və əməkdaşlığın davamlılığı barədə prinsipial qərarların qəbul olunduğu gündə yayılması da maraqlı məsələdir. Bu mənada bəzi müşahidəçilər hesab edir ki, Azərbaycanın adının təxribat xarakterli məlumatda hallandırılması hərbi nazirlərin Naxçıvan toplantısına cavab xarakteri daşıyır və bu məsələnin arxasında erməni-rus agentura şəbəkəsi dayanır.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Poroşenko ilə görüşdə iştirak edəcəyini təsdiqləyib

Next Post

ABŞ-ın baş prokuroru Ferqüson şəhərinə göndərildi

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

ABŞ-ın baş prokuroru Ferqüson şəhərinə göndərildi

22 yaşlı övladını çal-çağırla dəfn etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.