Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçumuzun meyitinin döyüş meydanında tapılması ilə bağlı erməni tərəfinin yaydığı xəbəri təsdiq edib.
Bu barədə AzVision.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır.
Xatırladaq ki, hərbçinin nəşi bu gecə təmas xəttində – döyüş meydanında tapılıb. Onun adı və ya hərbi rütbəsi barədə heç bir açıqlama verilməyib.



