"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müdafiə Nazirliyinin Kollegiya iclası keçirildi

16 İyun 2023 - 14:56
in HADİSƏ

İyunun 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin birinci yarım ilinin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Elchi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İclasda nazir müavinləri, baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak edib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və AzərbaycanRespublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri giriş nitqi ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında inkişaf etməsi ordu quruculuğu istiqamətində aparılan islahatların müsbət nəticəsinin göstəricisidir fikirlərini xüsusilə vurğulayıb. Bildirilib ki, bu sahədə cari ilin birinci yarısında görülən işlər nəticəsində artıq müəyyən nailiyyətlər qazanılıb.

İclasda 2023-cü ilin birinci yarısında bütün qoşun (qüvvə) növlərinin xidməti-döyüş fəaliyyəti təhlil edilib, Azərbaycan Ordusunun imkan və qabiliyyətlərinin artırılması, əməliyyat və döyüş hazırlığı, mühəndis tədbirləri, kəşfiyyat fəaliyyəti, peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, hərbi təhsilin inkişafı, habelə hərbi hissələrdə aparılan tikinti-quruculuq işləri, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və digər sahələrdə görülən tədbirlər barədə geniş məruzələr dinlənilib.

Sonra Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.

Yekun nitqi ilə çıxış edən müdafiə naziri Ali Baş Komandan tərəfindən 2023-cü ilin növbəti yarımili üçün Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb, şəxsi heyətin sağlamlığı və təhlükəsizliyinin qorunması, peşəkarlıq və döyüş hazırlığının daha da artırılması, habelə qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xüsusi diqqət yetirilməsini tapşırıb.

Kollegiya iclasının sonunda müdafiə nazirinin təltif əmrləri elan edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev onları təltif etdi – Sərəncam

Next Post

Rəsmi Bakıdan Paşinyana cavab

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Fazil Mustafaya qarşı teraktın izləri İrana gedir

Rəsmi Bakıdan Paşinyana cavab

Bayden NATO-nun Ukraynanı qəbul etməsini dəstəkləyir

Bayden NATO-nun Ukraynanı qəbul etməsini dəstəkləyir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.