Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbə rəisi həbs olunub.
Elchi.az xəbər verir ki, polkovnik Rafail Xələfov hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
R.Xələfov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.






