"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müğənnilər ifalarına diqqət etsinlər” – Dilçilik İnstitutundan XƏBƏRDARLIQ

02 Fevral 2018 - 17:38
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

AMEA-nın Dilçilik İnstitutu tərəfindən musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb.

Maraqlıdır, monitorinqlər necə keçiriləcək? Hansı müğənnilərin ifalarına nəzər salınacaq?

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva Modern.az-a danışıb. O bildirib ki, monitorinqə həm muğam ifaçıları, həm də estrada müğənnilərinin ifaları daxil olacaq:

“Bizi maraqlandıran ifadakı qüsurlardır. Ad olaraq konkret bir şey demək mümkün deyil. Amma siyahıda gənc, yaşlı, sevilən, yaxud  bizim yaxşı tanıdığımız ifaçılar da var. Bu şəxsən mənim illərdir müşahidə etdiyim məsələ idi. Lakin son zamanlar   ədəbi dil baxımından qüsurlu ifaların birbaşa auditoriyaya təsir etdiyini gördük. Hətta ifaçılar öz yetirmələrinə belə təsir edirlər. O cümlədən musiqiyə yeni gələn gənclər də həmin müğənnilərin ifa tərzini örnək alır və davam etdirirlər. Musiqimiz qazanır, amma dilimiz itirir. Mən də mütəxəssis olaraq ifalarda mövcud olan qüsurları duyuram və hətta özümə sual verirəm ki, doğurdanmı filan musiqidə keçidlər belə tələffüz edilir? İfalarda ədəbi dil qüsurları o qədər daşlaşıb ki, mütəxəssis kimi  mən də çaşıram”.

S.Əliyeva qeyd edib ki, ifalardakı dil qüsurları yolverilməzdir:

“Bu gün artıq Azərbaycan musiqisi məkan tanımır. Bir vaxt Qarabağın  musiqi beşiyi olduğunu deyirdik. Lakin hazırda ölkənin bütün regionlarından peşəkar musiqiçilər çıxır.  Necə ki, aparıcıların nitqi tamaşaçılara təsir edir, müğənnilərdə də belədir. Tamaşaçı sevdiyi müğəninin ifasında bir sözü  dəfələrlə eşidirsə, bu artıq onda alışqanlıq halına çevrilir. Yəni səhv tələffüz edilən sözü elə həmin cür də  bilir, qulaq yavaş-yavaş öyrəşir. Axı bu, yolverilməzdir.

Ədəbi dilimizin  lüğət tərkibi dialektlərimizə əsaslanır. Amma dialekti kütləvi informasiya vasitələrinə  çıxarsaq, biz uduzacağıq. Sabit orfoepiya qaydalarımız pozulacaq.  Bu səbəbdən monitorinqlərə başlamışıq və nəticələri aprel ayında ictimaiyyətə açıqlayacağıq”.

Müsahibimiz deyib ki, musiqilərə fərd kimi müdaxilə etməyə heç kəsin ixtiyarı yoxdur:

“Mahnılarımızda rast gəldiyimiz fonetik,  leksik  qüsurları aşkar edəcəyik. Məsələn, rəhmətlik Şövkət Ələkbərova, Rübabə Muradova  bu cür dil qüsurlarına yol vermirdi. Düzdür, hansısa ziyafətdə, dar mühitdə müğənnilər ifalarında hansısa dəyişikliyə yol verə bilər. Amma musiqilərimiz mədəniyyətimizin bir parçasıdır.

Bu gün müğənnilərimizin intellektual səviyyəsi də fərqlidir. Buna görə biz heç kəsi qınaya bilmərik. Amma istərdik ki, müğənnilər ifalarına diqqət etsinlər. Belə olduğu halda bu, onların danışığına da təsir edəcək. Monitorinqlər  müğənnilərimizin və dilimizin xeyrinə olacaq.  Əgər biz monitorinqlərin nəticələrini ictimaiyyətə açıqlasaq, inanırıq ki, özlərində qüsur olduğunu aşkarlayan müğənnilər də üzərlərində işləyəcəklər. Konrekt ad çəkmək və ya kimisə sual altına qoymaq fikrimiz yoxdur. Məqsədimiz dediyim kimi mövcud dil qüsurlarını ortaya qoymaqdır. Hansısa qurum və ya şəxs bizimlə işləmək, bizdən mütəxəssis kimi istifadə etmək istəsələr, mən iki əllə buna razı olaram. Biz hər bir şeyə hazırıq, yetər ki, dilimiz korlanmasın”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

25 mindən çox erməni Rusiya vətəndaşlığı alıb

Next Post

Bu ərazidə sürüşmələr davam edir – Xəbərdarlıq

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bu ərazidə sürüşmələr davam edir – Xəbərdarlıq

Bu ərazidə sürüşmələr davam edir - Xəbərdarlıq

İki gün əvvəl həbsdən çıxan Astara sakini qətlə yetirildi

İki gün əvvəl həbsdən çıxan Astara sakini qətlə yetirildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.