Qaraldan sprey reklamında ayaqlarını görən müğənni məhkəməyə üz tutdu
Türkiyənin superstarı ayaq davasını qazandı. ANS PRESS-in məlumatına görə, Ajda Pekkan ayaqlarının görüntüsündən istifadə edən şirkəti məhkəməyə vermişdi.
Belə ki, müğənninin konserti zamanı çəkilən şəkillərdən qaraldıcı kremləri, sprey reklamlarında qanunsuz istifadə edilib. Fotolarda xüsusilə Pekkanın ayaqlarına önəm verilib.
Onun fotosundan icazəsiz istifadə edənlər arasında iki aptek, bir internet saytı və bir kosmetik şirkəti var.
Müğənni adıçəkilən şirkət və apteklərdən 300 min lira (98 min manat) təsminat tələb etsə də, məhkəmə qərarı ilə sənətçidən icazəsiz addım atanlar 55 min lira (18 min manat) cərimələniblər. Bu pulun 45 mini maddi, 10 mini isə mənəvi ziyana görədir.
Bundan başqa onun fotolarından icazəsiz istifadə də qadağan edilib.
Qeyd edək ki, super star ilə qarşı tərəf arasında məhkməmə çəkişməsi düz 5 il davam edib.




ANS PRESS



