"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Muğam aləmi”: İlk mərhələ başladı… – Foto

19 İyun 2023 - 22:21
in MƏDƏNİYYƏT

İyunun 19-da Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi təşkil olunub.
Kult.az xəbər verir ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib. Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan “Songlines” jurnalının baş redaktoru Simon Broughton, İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan “Soqdiana” Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır.
Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparır.
Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edir. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov Milli Muğam Müsabiqəsində ilk 3 yeri tutmuş ifaçılardır. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə isə Milli Konservatoriyanın tələbəsidir.
Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı – Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı – Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim ediblər.
İyunun 20-də keçiriləcək müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə digər 6, xanəndəlik üzrə 5 ifaçının dinləmələri təşkil ediləcək. Qeyd edək ki, dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçiləcək. Müsabiqənin ikinci turu iyunun 21-də keçiriləcək.
Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq. Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək. Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də “Qran Pri” üzrə mükafatlar təqdim ediləcək.
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Danimarkadan Ukraynaya hərbi dəstək

Next Post

Tanınmış jurnalist Ruhi Əliyevanın müavini oldu

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post
Tanınmış jurnalist Ruhi Əliyevanın müavini oldu

Tanınmış jurnalist Ruhi Əliyevanın müavini oldu

Bakı və Tiflis arasında siyasi məsləhətləşmələr keçirildi

Bakı və Tiflis arasında siyasi məsləhətləşmələr keçirildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.