"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mühacirətin yolları

04 Aprel 2015 - 10:26
in KÖŞƏ YAZILARI

1545218_778725368828855_6093411192330166211_n-300x199Azər SARIYEV

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

İşsizliyin mənfi cəhətləri ilə yanaşı, çox müsbət tərəfləri də var. Adamın işlədiyi vaxt topladığı kapital (bütün mənalarda) tədricən xərclənsə də, hətta tükənsə də, olan-qalan xarizması çizilsə də (ev işlərində xanımın yardımçısı olmaq sizə zarafat iş gəlməsin), müəyyən qazancı da olur. Adam özü də bilmədən ideya generatoruna çevrilir. Amma bu ideyaları gerçəkləşdirməyə ürək eləmir ki, birdən alınmaz, onsuz da danlaq olan üzüm, ikiqat tənəyə tuş gələr.

Ağlıma yeni gələn bu fikri onsuz da reallaşdıra bilməyəcəyəm, yəni imkan verilməyəcək. Açığı, özüm də o cəsarət sahibi deyiləm. Amma paxıllığın adı nədir? Dedim, paylaşım, bəlkə kiminsə, mənim kimi qaragünlü birinin dadına çata. Bu ideyam xaricə mühacirətin yolları ilə bağlıdır. Ümumilikdə, xaricə mahacirət edənlərin tərcümeyi-halını nəzərdən keçirəndə, belə qənaətə gəlirsən ki, ölkədə aradan çıxmağın 4 yolu var:

1. Radikal müxalifətçilik. Amma vəziyyət əvvəlki kimi deyil. Radikal müxalifət partiyasına keçməklə, mitinqlərdə qışqırdığın yerdə şəkil çəkdirməklə əmələ gəlmir. Burada plan 3 mərhələdə həyata keçirilməlidir. Birinci mərhələdə gərəkdir kimdənsə xahiş edəsən ki, özünə, yaxud ailədən birinə yüngülvari xəsarət yetirsinlər. Məsələn, yumşaq yerinə yüngülvari bıçaq soxdurub həşir qaldırasan ki, ay camaat, axşam siyasi əqidəmə görə məni öldürmək istəyirdilər, ancaq qatil insaflı çıxdı və yarıda fikrini dəyişdi, məni öldürmədi (bu artıq ikinci mərhələdir ki, “tumanbaşa çəkdi” adlanır). Bu mərhələdən sonra xarici səfirliklərə müraciət gəlir.

Birinci mərəhələ üçün variantlar çoxdur. Məsələn, ailə üzvlərinizin qarşısını kəsdirib hədə-qorxu gəldirə bilərsiniz. Ya da yaxınlarınız elə bir hərəkət etsin ki, polis onu tutsun və siz də dərhal tumanbaşaçəkdi aksiyası keçirərək xariciləri xəbərdar edəsiniz. Həbs olunan adama da başa salın ki, narahat olmasın, siz mahacirət edəndən sonra onun da Avropada yaşamasını, yaxud sürünməsini təmin edəcəksiniz.

2. Yaxşı mütəxəssis olmaqdır ki, belə adamlar Avropadan daha çox ərəb ölkələrində iş-güc tapa bilirlər. Amma Qərbə köçmə şansları mənim kimi əfəllərə nisbətən daha artıqdır.

3. İnverstor olub Qərb ölkələrinin birində bizneslə məşğul olmadır ki, bizlik deyil. Pulumuz olsaydı, daha bu yaşdan sonra xaricdə nə ölümümüz vardı? Atalar deyib, “ölməyə vətən yaxşı”.

4. Bir də iraq olsun, eşcinsəlliyi boynuna almaqdır ki, bu yola gedən çətin tapıla. Hətta elə olsa belə. Doğrudur, bu variantdan istifadə edənlər var, ancaq çox azdır.

Bir əhvalat düşdü yadıma. Sizin də tanıdığınız bir güneyli soydaşımız Qərbi Avropa ölkələrindən birinə mühacirət edir. Həmyerlisi olan jurnalist bundan soruşur ki, ədə, eşitmişəm ki, deyibsən, mən geyəm, eşcinsələm, sənə oturum izni veribdilər. O da cavab verib ki, ədə, demisən nədir, lap sübut da eləmişəm ki… Nəbadə, siz də belə addım atasınız, çünki birdən sübut tələb edərlər.

İndi deyə bilərsiniz ki, bunlar haradan yeni ideya oldu. Aləm bundan istifadə edib çoxdan Avropa şəhərlərinin mərkəzində olmasa da, ərəb, zənci kvartallarında kef çəkir. Doğru!

İndi isə yeni ideyama diqqət edin:

Əvvəlcə işdən çıxıb uzun müddət evdə oturursan. Daha mənm kimi 1 il 1 ay yox, təxminən 6 ay. Yəni bu müddət sənin arvad-uşağın gözündən düşmənə bəs edir. Elə ki gördün, gözdən düşmüsən, arvad üstünə gəlir, onun daha da qəzəblənməsi üçün əlavə vasitələr axtarıb tapmaq lazımdır. Bu proses o zamana qədər davam etməlidir ki, arvad təngə gəlib anasına şikayət etsin. Anası da sənin üstünə gələndə, onu da elə hövsələdən çıxarırsan ki, özü də bilmədən zor işlədir.

Bu müqəddəs işin qayınana tərəfindən gerçəkləşdirilməsi beynəlxalq ictimaiyyəti inandırmaqdan ötrü zəruridir (xanımın xətər yetirməsinə inandırmaq bir az çətin olar). Özü də çalışmalısan ki, sənə yönələn zərbə başından, sifətindən, yəni görünən yerindən tutsun. Zərbədən dərhal sonra həkimə gedib rəy alırsan. Geri qalanını isə radikal müxalifətçilər kimi edirsən: “Mənim hüquqlarım pozulur, şiddətə məruz qalıram, ölüm təhlükəm var və s.”

Etibarlı, çənəsi möhkəm qayınanan olsa, bunu süni şəkildə də qura bilərsən. Amma çətin. Haradaydı qızının, nəvələrinin, yad oğlu olan kürəkəninin Avropada yaşaması naminə bir-iki il həbsdə yatmağı göz önünə alan qayınana?..

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

100 yaşlı müharibə veteranı intihar edib

Next Post

Həcı başqa şeydü, Yavər!

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Həcı başqa şeydü, Yavər!

Türkiyə təyyarəsi quş qatarı ilə toqquşub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.