"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Müharibə hər an başlaya bilər` – General Aydəmirov

03 May 2016 - 01:30
in aktual-banner, Banner

 

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

`Ali Baş Komandan əmr versə, bir neçə gün ərzində Ermənistan ordusunu darmadağın edərik`

General-leytenant, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş korpus komandiri Yaşar AydəmirovunAzVision.az -a müsahibəsi:

– Ötən gün Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev erməni təcavüzünə məruz qalan cəbhəyanı rayonlara səfər etdi. Ölkə başçısı çıxışında son hadisələrlə bağlı sərt fikirlər səsləndirdi. Ümumilikdə prezidentin hazırki gərgin durumda cəbhə bölgəsinə səfərini necə qiymətləndirirsiniz?

– Ali Baş Komandanın cəbhəyanı rayonlara səfəri zamanı hərbiçilərimizlə görüşü olduqca əhəmiyyətlidir. Ölkə rəhbərinin səfəri hərbçilərimizin ruh yüksəkliyini daha da artıracaq. Eyni zamanda səfər qoşunlardakı real vəziyyətin öyrənilməsi xarakteri daşıyırdı. Odur ki, Ali Baş Komandanın hər bir əmrinə hazır olmalıyıq.

– Hazırki durumda müharibə ehtimalı varmı?

– Hesab edirəm ki, Ali Baş Komandan hər an müharibə əmri verə bilər. Bildiyimiz kimi son zamanlar ermənilər yaşayış məntəqələrini atəşə tuturlar. Bu hal davam edərsə, sözsüz ki, ordumuz onları yerinə oturdacaq. Bütün silah növləri ilə düşmənə sərt cavab veriləcək. Bu isə müharibənin hər an başlaya biləcəyi ehtimalını artırır.

– Aprel döyüşlərindən sonra Serj Sarkisyan üç generalı vəzifəsindən qovdu. Ermənistan rəhbərinin bu addımı ölkəsinin son döyülərdəki məğlubiyyəti ilə əlaqələndirilir. Bu haqda nə deyə bilərsiniz?

– Müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Miradyan, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyanın qovulması qeyd olunan sahələrdə ciddi problemlərin olduğunu göstərir.

Aprel döyüşlərində erməni ordusunun idarə edilməsində rabitə əlaqəsi ciddi problemlər yaratdı. Bundan əlavə maddi-texniki təminat baxımından da nöqsanlar mövcuddur. Həmçinin deyə bilərəm ki, Ermənistan ordusunun kəşfiyyat məsələsində də problemlər yaşanır. Dəfələrlə onlar bizim arxa mövqelərimizə keçməyə çalışıblar. Ancaq ermənilərin bu cəhdləri heç bir nəticə vermədi. Əksinə, düşmən xeyli itki verdi. Hesab edirəm ki, 3 generlın işdən qovulması da bu problemlərlə bağlıdır.

– Ermənistanın sabiq baş naziri bu yaxınlar bəyan etdi ki, onların guya atom bombaları var. Nə fikirlər nə dərəcə realdır?

– Ermənilər Suriyadan və başqa ölkələrdən muzdlular gətirəcəklərini deyirlər. Eyni zamanda bildirirlər ki, xaricdən qadın snayperlər də orduya cəlb ediləcək. Bunların sayaqlamaları o həddə çatıb ki, Ermənistanda atom silahlarının olduğunu bəyan edirlər. Təbii ki, bunlar yalandır. Maraqlıdır ki, ermənilər bunu hansı pulla edəcəklər? Dilənib aldıqları qəpik-quruşla?

– Bir qədər öncə müharibənin başlama ehtimalının yüksək olduğunu qeyd etdiniz. Müharibə başlayarsa, Ermənistan silahlı qüvvələri ordumuzun qarşısında neçə gün tab gətirə bilər?

– Azərbaycan ordusu kəskin hücuma keçsə, ermənilər yerlərində durmayacaqlar. Ordumuz bir neçə yaşayış məntəqəsini aldıqdan sonra ermənilər kütləvi surətdə qaçmağa başlayacaqlar. Ona görə də düşmən Azərbaycan ordusunun qarşısında bir neçə gündən artıq tab gətirə bilməz. Ordumuz müharibəyə tam hazırdır. Ali Baş Komandan əmr versə, bir neçə günə Qarabağı azad edərik.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazirliyin səlahiyyətləri məhdudlaşdırıldı

Next Post

Qriqoriu: ”Azərbaycanın buna haqqı var”

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post

Qriqoriu: ''Azərbaycanın buna haqqı var''

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.