Kiyevin mövcudluğu və onun qoşunlarının ayaqda durması yalnız Qərbin puluna əsaslanır, Ukraynanın suverenliyi itirilib.
Elchi.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Ukraynanın suverenliyi praktiki olaraq itirilib. Çünki heç bir maliyyə gəliri olmayan, öz vətəndaşlarını işlə təmin edə, hətta müharibəni maliyyələşdirə bilməyən ölkə suveren deyil”, – o bildirib.
Orban qeyd edib ki, döyüş əməliyyatlarının aparılması üçün üç şey lazımdır: pul, pul və pul:
“Silahların inkişafı ilə hərbi xərclər daha da artıb. İndi Ukraynanı ancaq Qərbin pulu yaşadır, həmçinin Ukrayna ordusunu ayaqda saxlayır”.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...




