Müharibədə istifadəsi qadağan edilən bibər qazı niyə mitinqlərdə sərbəstdir?

Bunu da oxuyun

Müharibədə istifadəsi qadağan edilən bibər qazı niyə mitinqlərdə sərbəstdir?

Dünyanın hər yerində mitinqlər zamanı ortaya çıxan oxşar bir mənzərə var: qalın tüstü buludu və ətrafda gizlənməyə yer axtaran təşvişə düşmüş insanlar…

Bu qarışıqlığın səbəbi 100 ildən çox tarixi olan “Oleoresin Capsicum”, yəni bibər qazıdır.

İlk dəfə Birinci Dünya Müharibəsi zamanı tətbiq edilən bu kimyəvi silah düşmən əsgərlərini səngərlərdən çıxartmaq üçün istifadə edilirdi. Bunda isə əsas məqsəd düşməni gizləndiyi yerdən çıxardıqdan sonra top mərmiləri və ağır silahlarla məhv etmək idi.

BMT-nin məlumatlarına görə, Birinci Dünya Müharibəsində bibər qazı ilə yanaşı, xardal qazı, xlor qazı və fosgen kimi kimyəvi maddələn də istifadə edilib. Lakin bunlar arasında ən effektli təsir göstərəni bibər qazı olub.

Mühəribə bitdikdən sonra 1925-ci ildə imzalanan Cenevrə protokolu ilə bu tip silahların tətbiqi müəyyən qədər məhdudlaşdırılır. Lakin bibər qazının öldürücü olmaması alimləri onun üzərində araşdırmalar aparmağa sövq edir və zaman keçdikcə daha da təkmilləşdirilir.

1997-ci ildə isə Kimyəvi Silahlar Konvensiyasının qüvvəyə minməsi ilə digər kimyəvi silahlarla yanaşı, ondan da silahlı münaqişələr zamanı istifadə edilməsi rəsmi şəkildə qadağan edilir.

Bəs nə üçün bibər qazının müharibə zamanı tətbiq edilməsinə qadağa qoyulsa da, izdihamların yatırılmasında bu qədər sərbəst şəkildə istifadə edilməsinə icazə verilir?

Böyük Britaniyanın Bornmauz Universitetinin professoru Anna Fiqnbaum bunu belə əsaslandırıb:

“Bibər qazının müharibə zamanı istifadəsinə o səbəbdən qadağa qoyulub ki, kimyəvi xarakter daşıyan bu silah savaş əsnasında hücum silahı kimi tətbiq edilməsin. Mitinqlərdə isə ondan hücum silahı kimi deyil, sadəcə kütləni dağıtmaq məqsədilə istifadə edildiyindən, bibər qazının tətbiqində müəyyən mənada sərbəstlik var”.

Qeyd edək ki, ABŞ-ın Vyetnamla apardığı müharibə zamanı bibər qazı tətbiq etdiyi məlum olmuş və buna görə dünya birliyinin tənqidlərinə məruz qalmışdır. Lakin ABŞ bu tənqidlərə cavab olaraq, ondan hücum xarakterli deyil, sadəcə üsyanları yatırtmaq üçün istifadə etdiyini açıqlamışdı.

Tətqiqatçıların bununla bağlı araşdırmalar apararkən mitinqlərdə atılan bibər qazının ətrafda olan hər kəsə təsir etdiyini və bir müddət sonra təsirə məruz qalmış şəxslərin səhhətində ciddi problemlər yarandığını sübuta yetiriblər.

Bu gün bütün dünya bibər qazının ticari məqsədlərlə istehsalını pisləsə də, ondan istifadə edilməsinin qarşısını almağa cəhd göstərsə də, təəssüf ki, izdihamların yatırılmasında hələ də geniş şəkildə tətbiq edilir. Bu da kütləni dağıtmağın nisbətən ucuz və asan yolu olduğu üçündür.(qaynar)

BBC-nin araşdırmaları əsasında

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728