"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Müharibədən başqa yol qalmayıb”

08 Fevral 2015 - 12:34
in MANŞET

“Zamanında bizim XİN bir çox məsələlərə operativ reaksiya verməyəndə təbii ki, Ukraynanın səfiri 22505bu cür danışacaq”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bütöv Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin ən aktual mövzuları ətrafında Moderator.az-ın sualını cavablandırıb:
 
-Artıq növbəti dəfə ATƏT-in Minsk Qrupu həmsədrlərinin tərkibinin dəyişdirilməsi, daha doğrusu genişləndirilməsi təklifləri səsləndirilir. Azay Quliyev bir müddət öncə parlamentdə bu məsələni qaldırmışdı, indi də Fəttah Heydərov eyni təkliflə çıxış edib. Tərkibin dəyişməsi nəyisə dəyişərmi?
-Mən hesab edirəm ki, heç nə etməməkdənsə yeni bir təşəbbüslərdə olmaq daha məqsədəuyğundur. Ən azı ona görə ki, indiki həmsədrlərin biri olan Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, digər ikisi isə güclü erməni diasporunun fəaliyyət göstərdiyi ölkələrdir və hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq siyasi elita bu diasporla hesablaşır. Ona görə də hər zaman Ermənistanın maraqlarından çıxış edirlər. Amma tutaq ki, nə Almaniyada, nə də Türkiyədə elə güclü erməni diasporu yoxdur.Ən azından bu ölkələrin ədalətli mövqe tutacağını gözləməyimizə hardasa ümidlər var. Türkiyə sözsüz ki, bu məsələdə indiyə qədər olduğu kimi ədalətli mövqe tutacaq, Almaniya isə xristian ölkəsi olsa da Fransa və Amerikadan fərqli olaraq güclü erməni lobbisi faktorunun təsiri altında deyil. Ona görə də hesab edirəm ki, həmsədrlərin tərkibinin genişləndirilməsi təşəbbüsü müsbət qiymətləndirilməlidir. Amma onu da etiraf etmək lazım ki, bu da heç nəyi dəyişməyəcək. Çünki bu problem birbaşa Rusiya faktoruna bağlıdır və Azərbaycan da ya Rusiya ilə dil tapmalıdır, ya da hərbi yolun alternativi qalmayacaq. Son vaxtlar mənə çatan məlumatlara görə Rusiya ilə bu məsələdə razılığa gəlmək xeyli problematik görsənir. Ona görə ki, Rusiyanın şərtləri qəbuledilməzdir. Moskva şərt irəli sürür ki, Azərbaycanın sərhədlərini Ermənistanda olduğu kimi  Rusiya qorumalıdır. Bu da faktiki olaraq suverenliyin itirilməsi demək olardı. Ona görə də bu cür ağır şərtləri heç bir halda qəbul etmək olmaz. Deməli, əgər Rusiya bu şərtdən geri çəkilməyəcəksə, problemin yeganə yolu hərbi əməliyyatlardır. Sadəcə Azərbaycan hərbi potensialını artırmalıdır, ölkə psixoloji və mənəvi baxımdan torpaqların azad olunması üçün böyük savaşa hazırlanmalıdır. Regionda əlverişli vəziyyət yaranan kimi Azərbaycan öz torpaqlarını hərb yoluyla azad etməlidir. Əks halda uzun illər ərzində gözləməkdən başqa yolumuz qalmayacaq. Ya gərək Rusiyada 1917-ci ildəki kimi daha bir inqilab baş verə və Rusiya Federasiyası  oradakı milli respublikalara parçalana, bir sözlə, Rusiya Federasiyası dağıla, bunun nəticəsində də Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi şansı yarana, əks halda Ermənistanla bir masa ətrafında oturub sülh yolu ilə problemin həllini gözləmək yersizdir. Çünki elə prezident İlham Əliyevin özü də söylədi ki, Ermənistan heç nökər olmağa da layiq olmayan ölkədir. Bu ölkənin müstəqil siyasət yürütmək imkanı yoxdur, ona görə də tutaq ki, Rusiyanın bir əyalət rəhbərinin müstəqilliyi Sərkisyanın müstəqilliyindən daha çoxdur. Ona görə də bu gün Rusiyanın qoyduğu şərtlər qarşısında Qarabağı işğaldan azad etməyin müharibədən başqa yolu qalmayıb.
-İstənilən müharibədə biz nökərlə deyil, onun sahibi ilə qarşılaşmalı olacağıq.
-Mən söhbətimin ikinci hissəsində dedim ki, biz əlverişli şəraitin yaranmasını gözləməli və buna tam hazır olmalıyıq. Əvvəla, hesab edirəım ki, indiki siyasət davam etdirilməlidir. Mən bunu əvvəllər də söyləmişəm ki, biz cəbhə bölgəsində sakitliyin yaranmasına imkan verməməliyik. Iri hərbi əməliyyatlar keçirilməsə də işğalçılar daim olaraq xof altında saxlanılmalı, fürsət düşdükcə öldürülməlidir. Nəzərə almaq lazımdır ki, Ermənistan artıq boşalır və gənclər baş götürüb ölkədən qaçırlar. Erməni xalqı da başa düşür ki, Sərkisyan rejimi Rusiyanın əlindəki  kukladan başqa bir şey deyil və bu cür oyuncaq rejim xalqı uçurumun astanasına gətirib. Ona görə də erməni cəmiyyətini hakimiyyətə qarşı daha da aqressivləşdirməkdən ötrü Azərbaycan ərazisindəki işğalçılara ordumuz göz verib işıq verməməlidir.
-Ukraynanın səfirinin bu günlərdə Bakıdakı davranışları gəmidə oturub gəmiçi ilə savaşmaq kimi yozuldu.
-Zamanında bizim XİN bir çox məsələlərə operativ reaksiya verməyəndə təbii ki, Ukraynanın səfiri bu cür danışacaq. Mən NATO Parlament Assambleyasının Vilnüs toplantısından sonra Bakıya dönərkən bu məsələni də qaldırdım. Təsəvvür edin ki, həmin tədbirdə mən bildirdim ki, Rusiyanın bu toplantıya dəvət olunmamasını başa düşürəm, çünki Rusiya Ukraynanın torpaqlarını işğal edib. Amma Ermənistan Sülh Naminə Tərəfdaşlıq Proqramında əməkdaşlıq edən və NATO Parlament Assambleyasının assosativ üzvü olan yeganə dövlətdir ki, BMT-nin Baş Məclisində Ukraynanın ərazi bütövlüyünə səs verməyib və Rusiya kimi qonşu dövlətin torpaqlarını işğal edib. Bu da Avropa Şurasını, Avropa Parlamentinin qətnamələrində də öz əksini tapıb. Elə isə bu işğalçıları bu tədbirə niyə dəvət etmisiniz? Bu nə ikili standartlar siyasətidir? Mənim bu çıxışımı ən azından Ukraynanın nümayəndə heyəti dəstəkləyə bilərdi və əslində hökmən dədstəkləməliydi, Ermənistanı da tənqid etməliydi ki, bəli, Ermənistan Ukraynanın ərazi bütövlüyünə səs verməyib. Amma Ukrayna nümayəndə heyəti müdrikcəsinə susdular. Təsəvvür edin ki, fasilədə Ukraynanın NATO-dakı səfiri mənə yaxınlaşaraq təşəkkür edəndə ona etiraz etdim ki, mənə bu koridorda ikilikdə təşəkkür etmək lazım deyildi, nə nümyəndə heyətiniz, nə də siz bir səfir kimi söz alıb Ermənistanın sizin ərazi bütövlüyünüzü tanımamasına etiraz etməyə cəsarət etmədiniz. Yaxud keçən ili 16 oktaybrda AvroNest-in büro iclası oldu. Həmin toplantıda da Azərbaycanı mən təmsil edirdim. Orada da eynilə məsələ qaldırdım ki, Ermənistan bu hərəkətlərinə görə cəzalanmalıdır və ona görə də AvroNestin növbəti iclasını belə bir dövlətdə keçirmək olmaz, mənim əleyhimə birinci olaraq Ukraynanın həmin qurumdakı nümayəndə heyətinin rəhbəri Tarasyuk çıxış edərək məni ittiham edir ki, siz burada cılğallıq edirsiniz, bizim əvvəlcədən razılığımız oub ki, bir dəfə Azərbaycanda, bir dəfə də Ermənistanda keçirilsin. Azərbaycanda keçirilib, indi də növbə Ermənistanınıdır. Mən deyirəm ki, vəziyyət dəyişib, bu ölkənin işğalçı olması azmış kimi həm də indi o Ukraynanın ərazi bütövlüyünü tanımaqdan imtina edib, biz hansı haqla belə bir ölkədə AvroNestin iclasını keçirməliyik? Tarasyukun dalınca Gürcüstan nümayəndə heyətinin  rəhbəri çıxış edir və o da mənim əleyhimə danışaraq Ermənistanı müdafiə edir. Təsəvvür edirsinizmi biz dost və müttəfiq hesab etdiyimiz ölkələrin məsələyə münasibəti nə vəziyyətdədir? Ona görə də biz bir çox hallarda özümüzü Roma papasından daha çox katolik sayırıq. Mən xatırlayıram ki, vaxtilə Burcanadze Gürcüstanın spikeri olanda NATO Parlament Assambleyasının Fransadakı iclasına dvət edilmişdi və o çıxışında yenə də Azərbaycana qarşı aşkar mövqe sərgilədi. Ona sual verdilər ki, Kosovodakı həll variantını keçmiş SSRİ məkanındakı  münaqişlərə də şamil etmək olarmı? Cavabında deyir ki, bunu nə Moldovaya, nə Gürcüstana tətbiq etmək olmaz. Təsəvvür edin ki, Qarabağın adını çəkməyi lazım bilmir. O zaman da mən onu riyakarlkıqda ittiham etdim. Bu adam orda söyləyir ki, ruslar bizi soyuqdan dondurmaq istəyirdilər. Amma bircə kəlmə demir ki, bəs niyə donmadılar, onları donmaqdan, məhv olmaqdan kim, hansı dövlət xilas elədi? Ona sərt şəkildə etirazımı bildirdim ki, axı Azərbaycan o cür amansız qışda özünün kənd rayonlarına verdiyi qazı dayandıraraq sizə göndərdi. Budurmu sağ olunuz? Bilirsiniz, deməyim odur ki, bu qədər yaxşılığın qabağında belə qədirbilməzlik, hətta nankorluq olmaz axı. Bunun da qarşısında Azərbaycandan hansısa bir fədakarlıq gözləmək ki, Azərbaycan bunların əvəzindən gedib böyük güclərlə üz-üzə gəlməlidir, bunu gözləməyə haqları yoxdur. Onsuz da Azərbaycan kifayət qədər cəsarətli addımlar ataraq BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyünə səs verib. Amma Ukrayna kifayət qədər böyük dövlət olsa da 20 il ərzində Dağlıq Qarabağ məsələsində bizə heç bir ciddi dəstək vermədi. Yaxud Gürcüstanın özü bizə hansı ciddi dəstəyi verib? Bunu ona görə söyləyirəm ki, bəzi hallarda məqsədyönlü təbliğat aparılır ki, guya Azərbaycan Ukraynanı müdafiə etmir.  Mən istəyirəm vətəndaşlarımız həqiqəti bilsin. Ukrayna və Gürcüstan ona görə Ermənistana qarşı etiraz səsini qaldırmağa cəsarət etmirlər ki, Qərbin Ermənistanı dəstəklədiyini bilirlər. Ehtiyat edirlər ki, Ermənistanın üstünə getsələr buna görə Qərb bunları qınaya bilər. Ona görə də öz dövlətlərinin maraqlarından çıxış edərək bunu etmirlər. Elə isə niyə Azərbaycan öz milli maraqlarından geri çəkilməlidir? Çoxları fikirləşir ki, biz nə etsək də onsuz da Rusiya Azərbaycanı müdafiə etməyəcək. Yaxşı, heç müdafiə etməsin, ən azından indiki dönəmdə Rusiyanın yaratdığı Qarabağ problemini qoyuram kənara, Moskvanın Azərbaycanda sabitliyi pozmaq niyyətinin, ölkəmizə müdaxiləsinin qarşısını almaq üçün biz qəzəbli Rusiya ilə üz-üzə gəlməməliyik. İkincisi, Azərbaycan AŞPA-nın son iclasında ona görə Rusiyaya qarşı sanksiyalara səs verməyib ki, deyirik sanksiya tətbiq etmək lazımdırsa ilk növbədə işğalçı Ermənistana tətbiq edilməlidir. Ona görə də Azərbaycanın üstünə bu formada getmək ədalətsizlikdir. Bizdə də bəzi adamlar var ki, iqtidarın əleyhinə kim harda nə deyirsə doğru deyildiyi kimi qəbul edir və zənn edirlər ki, hamı onlara qoşulub iqtidarın əleyhinə danışmalıdır. Çox təəssüf edirəm ki, elə bizim radikal müxalifət də bu cür düşüncəsiz, savadsız, qərəzli, milli maraqlara cavab verməyən davranışlar sərgiləyərək Qərbin bu cür ermənipərəst mövqeyinə haqq qazandırırlar. Təəssüf ki, onlar müxalifətçiliyi elə bunda görürlər və iqtidarın əleyhinə deyilən hər sözü, hər addımı fərqinə varmadan ikiəlli dəstəkləyirlər.
Ardı var…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Erməni azərbaycanlının adını eşidən kimi belə qorxuya düşdü (VİDEO)

Next Post

Hərbi xidmətdə yenilik

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Hərbi xidmətdə yenilik

İlham ƏLİYEV: “Mənim Ermənistana mesajım budur: İşğala son qoyun!” - YENİLƏNİB - FOTOSESSİYA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.