Muradın verilişini bağladılar: Azərbaycandan getdi

Bunu da oxuyun

Muradın verilişini bağladılar: Azərbaycandan getdi
“Lider TV”də verilişi bağlanan tanınmış şoumen, aparıcı və bəstəkar Murad Arifin yeni mövsümdə fəaliyyətinin İTV-də davam etdirəcəyi deyilir.

Elchi.az yenicag.az-a istinadən xəbər verir ki, M.Arif artıq telekanaldan dəvət də alıb.

Məsələ ilə bağlı açıqlama verən aparıcı xəbəri nə təsdiq, nə də təkzib edib: “Dəvətlər hər zaman, hər yerdən var. Bu barədə düşünmürəm. İsveçə biraylıq istirahətə gəlmişəm. İyulda Bakıya qayıdıb, klip çəkdirəcəyəm. Sentyabrda konsert düşünürük. Qismət olsa, yeni mövsümdən, yeni verilişlərlə sizinləyəm”.

Qeyd edək ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lider TV-də yayımlanan “Solo” verilişinin yayımının dayandırılması barədə xəbər yayılıb. Məlumata görə, buna səbəb kimi proqramın aparıcısı Murad Arifin “Maşın şou” barədə sosial şəbəkədə müsbət fikirli post paylaşması göstərilir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728