"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müsabiqədənkənar işə götürülən müəllimlər işdən çıxarılacaq

17 May 2017 - 19:00
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Müsabiqədənkənar işə götürülən müəllimlər işdən çıxarılacaq
“Təhsil Nazirliyi 2014-cü ildən sonra müsabiqədənkənar işə qəbul edilən, vakansiyalar gizlədilərək işə götürülən müəllimlərin barəsində tədbir görüb. Tədris ilinin sonunda onların hamısı ilə əmək müqavilələrinə xitam veriləcək. Həmin müəllimlərin sayı hələ dəqiq deyil və onların sənədlərinin yoxlanması prosesi gedir. Sonradan həmin müəllimlərin işlədiyi yer vakansiyaya düşəcəksə, mövcud müəllimlər arasında dərs yükünü bölmək mümkün deyilsə, o saatlar vakansiyaya çıxarılacaq”.
Elchi.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.
E. Bağırov qeyd edib ki, nazirlik tərəfindən vakant yerlərlə bağlı yaradılan sistem daim işləyir. Bu il sistemin daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu deyən nazirlik rəsmisi qeyd edib ki, həmin sistemin əmək haqqı hesablanma sisteminə inteqrasiyası nəzərdə tutulub. E. Bağırov bildirib ki, sistem  tam formalaşandan sonra neqativ hallar olmayacaq.
Müdir əvəzi əlavə edib ki, bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin daxili yerdəyişmələrinin Təhsil Nazirliyinin tərəfindən həyata keçirilməsidir: “Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil idarəetmə orqanlarına verilmişdi. Bu il isə proses Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu zərurət bəzi yerlərdə vakant müəllim yerlərinin gizlədilməsi və digər məsələlərdən irəli gəlib.
2015 və 2016-cı illərdə yerlərdə, rayonlarda aparılan yoxlamalar, araşdırmalar nəticəsində daxili yerdəyişmələrdə ciddi nöqsanların olduğu üzə çıxıb. Diaqnostik qiymətləndirmə zamanı müəllimlərin sənədləri araşdırılarkən bu faktlar aşkarlanıb. Həmin nöqsanların aradan qaldırılması məqsədilə bu prosesi öz üzərimizə götürmüşük.
Bu il ilk dəfə olaraq müəllimlərin daxili yerdəyişməsini nazirlik tərəfindən həyata keçirəcək. Nazirlik tərəfindən aşkarlanan faktlardan ən çoxu müəllimlərin sıxlıq olan ərazilərə yerləşdirilməsi, vakansiya olmadığı halda müəllimin kənd məktəbindən şəhər məktəbinə gətirilməsi digərləridir. Gizlədilən vakansiyaya işə götürülən müəllimlərin yerləri nazirlik tərəfindən müəyyən olunub. Onların hamısı müsabiqəyə çıxarılacaq və bu il əvvəlki illərdən daha çox vakant yer elan olunacaq”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İslamiada: Ruslan Lunyov 5-ci qızıl medalını qazandı

Next Post

Ramazan bayramında əfv sərəncamı imzalana bilər

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Ramazan bayramında əfv sərəncamı imzalana bilər

Azərbaycanlı milyarderin yaxtası birinci oldu - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.