"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Müsavat bundan da ağır günlər yaşayacaq”

04 Noyabr 2014 - 23:27
in MÖVQE

Elnur Astanbəyli: “Necə olur ki, iki il əvvəl Əli Əliyevə, Əhməd Oruca cavab verəndə dəyərli müsavatçı idim, img1671997indi isə…?”

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

“20 il heç yerdə işləmədən bahalı kostyumlar geyinə bilən adamların qaynağı niyə soruşulmur?”

“Azadlıq” qəzetinin köşə yazarı, Müsavat Partiyasının üzvü Elnur Astanbəylinin son günlər Müsavatdaxili proseslərlə bağlı verdiyi müsahibə ciddi müzakirə yaradıb. Yazar partiya və onun gələcəyini tənqid etdiyi üçün müsavatçılar tərəfindən tənqidə tuş gəlib. “Yeni Müsavat” E.Astanbəyli ilə söhbətində bu tənqidlərə və onun yaratdığı ajiotaja toxundu.
– Elnur bəy, birinci ondan başlayaq ki, siz hələ də Müsavat Partiyasının üzvüsüz? 
-Bəli, üzvüyəm. YAP-ın qərargahına getmək məsələsi olanda mən partiyadan istefa vermək qərarına gəlmişdim. O vaxt bizim İsa bəylə qeyri-rəsmi söhbətlərimiz olmuşdu, bir çox dostlarla da söhbət olmuşdu. Amma mən ərizə ilə rəsmən müraciət etmədim. Ondan qısa bir müddət sonra bir mitinqdə Müsavat bayrağını qaldıraraq bir şəkil çəkdirib sonra da demişdim ki, bunu bəyanatı geri oxumaq kimi də qiymətləndirmək olar. Hər ikisini zatən facebookda yazmışdım. Nəyə görəsə istefa barədə statusum yadda qaldı, istefa bəyanatını geri oxumaq statusum yadda qalmadı. Mən partiyanın üzvüyəm, biletim də qalır.
– Müsavat Partiyasında baş verənlərlə bağlı tənqidi fikirləriniz mübahisəyə səbəb oldu. Sizcə, nələr baş verir  partiyada? 
– Əvvəla, müsahibəmə verilən reaksiyalara çox təəccübləndim. Çünki xeyli dərəcədə sapıtmalar var idi. Ən çox reaksiya doğuran Azərbaycandakı partiyalarda özünəməxsus PPX –partiya patrul xidmətini yarannası, hər hansı tənqidi fikir söyləyəndə 15-20 nəfər adamın bir mənəvi linç kampaniyası başlatdığı ilə bağlı dediklərim. Amma reaksiyalara baxanda görürəm ki, bunu yalnız Müsavata şamil edirlər. Məndən soruşurlar ki, illərlə fədakarcasına mübarizə aparan adamları necə aşağılamaq olar? Əvvəla aşağılamamışam. İkincisi də bunun bütün partiya cameyəsinə dəxli yoxdur ki. Bu, sadəcə olaraq bir liderin və onun ətrafındakı 15-20 adamın zaman-zaman ortaya çıxan davranışlarıdır. Mən hər zaman fədakar cəbhəçi və müsavatçılardan yazıram, onların mübarizəsinə  qibtə edirəm. Təəssüf ki, hər zaman rəhbərin ətrafında olan adamlar özlərini yeganə söz sahibi hesab edirlər. Düşünürlər ki, mənsub olduqları partiyanı yalnız bunlar daha çox sevə bilərlər, yalnız bunlar partiyaya daha çox can yandırırlar.
– Hər halda, qarşı tərəf də deyir ki, “biz tənqidə tənqidlə cavab veririk, qurğuşunla yox”. Siz bütün partiya haqda danışmısızsa, bir neçə nəfərin sizə cavab vermək haqqı avtomatik yaranır. Mənzərə buna görə belə alınmayıbmı sizcə? 
– Maraqlı danışmaq hər zaman həqiqəti danışmaq deyil. Əgər vəziyyət belədirsə, o zaman partiyanın mətbuat məsələləri ilə bağlı bir nümayəndəsi çıxıb açıqlama verər. Amma ton, üslüb tamam başqa olmalıdır. Siz o cavablara baxın: mənim dediklərim təhrif olunub. Başqa bir müavin çıxıb deyir ki, niyə işlədiyin qəzeti tənqid etmirsən? Qardaşım, mən işlədiyim qəzetdə neqativ nəsə görəndə bu barədə yazıram. Mən “Azadlıq” qəzeti rəhbərliyini istefaya çağırmışam. Orda yazılarımla bağlı nəsə problem olanda bunu ictimailəşdirmişəm. Amma siyasətçinin üslubu fərqli olmalıdır. Yaradıcı adamların, jurnalistin bu cür fikirlərinə yanaşarkən üslubu dəyişsinlər. İki il əvvəl Əli Əliyev, Əhməd Oruc İsa Qəmbər haqda nəsə deyəndə və mən onlara öz yazımda cavab verəndə çox dəyərli müsavatçı idim. Amma bu gün partiyada baş verənlərlə bağlı nəyisə düşündüyümü deyəndə məlum olur ki, ya mən bunu “Azadlıq” qəzetinin yazarı olduğuma, AXCP-nin maraqlarına uyğun yazmışam. Kimi də düşünür ki, bu, hakimiyyətin də maraqlarına uyğundur. Onlar hökmü birbaşa verirlər: əgər mənim dediklərimi demirsənsə, demək sifarişlə yazmısan, demisən
– Bundan sonra bu dartışmaları davam etdirəcəksiz? 
-Meydan TV-yə müsahibəmdə Müsavatla bağlı dediyim bütün fikirlərin üstündə qalıram. İnanıram ki, Müsavatda bu gün ortada olan vəziyyət, qarşıdurma bundan da ağırdır. Müsavatın yaxın günlərdə bundan da ağır günlər yaşayacağını düşünürəm.
– Niyə? 
– Partiyadaxili polemikaları bu səviyyədə davam etdirəcəkləri təqdirdə vəziyyət daha da pisləşəcək. Çünki polemikanın üslubu yanlışdır. Vurğun Əyyubun iki il əvvəl hansısa universitetdə müəllim olmasını onun vətən xaini olması kimi təqdim edirlər. Onlarla müsavatçı tanıyıram ki, ayrı-ayrı institutlarda, Elmlər Akademiyasında işləyirlər. Bu nə məntiqdir? Vurğun Əyyub acından ölməlidir? Əgər Vurğun Əyyub bir özəl  universitetdə müəllim işləyib, üstəgəl hakimiyyətin adamı olursa, 20 il heç yerdə işləmədən bahalı kostyumlar geyinə bilən adamların qaynağı niyə soruşulmur? Əminliklə deyirəm ki, bu, hələ Müsavatın yaxşı günləridir. Bu zehniyyətlə problemləri həll etməyə çalışırıqsa, bu gün AMİP, ADP haqda keçmişdə danışdığımız kimi, Müsavat haqda da keçmişdə danışa bilərik. Müsavatda problemin bircə kökü var: partiyalarda biətçiliyin olmasıdır. Partiyada liderçilik bu qədər qana işləyibsə, inanıram ki, bu, Müsavatın yaxşı günləridir.
– Partiyalardakı bəzi şəxslərlə bağlı PPX kəlməsini işlətməyinizin çox ağır olduğu deyilir. Bəlkə daha yumşaq üslubdan istifadə etsəydiniz, aqressiya da bu dərəcədə olmazdı deyə düşünmürsüz? 
– Bunu obrazlı şəkildə demişdim. Hər partiyada 20-30 adam var ki, onlara aiddir. Bu, əsla və əsla illərdir bir nimdaş pencəkdə, cırıq ayaqqabıda, mitinqlərdə döyülən, söyülən, hər şərtlər altında mübarizəni davam etdirən şəxslərə aid deyil. Siz baxsaz görəcəksiz ki, bu cür situasiyalarda bu cür aqressiya nümayiş etdirən adamlar  da partiyanın siravi adamlarından daha çox partiyanın mərkəzi aparatlarında olan adamlar olur. Hər partiyada 20-30 nəfər çevrə var. Bunu uzun illərdir dostyana bütün söhbətlərdə deyirəm. Partiya rəhbərinin, siyasətçinin tənqidə, xüsusən bu tənqid yazardan gəlirsə, dözümlü reaksiyası olmalıdır. Birdən gözəgörünməz hücum əmri və siz bir günün içində agent də olursuz, vətən xaini də, agent də. Necə ki, biz gözümüzün qabağında bu texnologiyalardan istifadə edir və ən mübariz dostlarımızı bu cür damğalayır.
– Bu olanlardan sonra Müsavatla yollarınızı ayıracaqsızmı? 
– Mənim narazılarla söhbətimdə üstündə dayandığım məsələ budur ki, Müsavatda qalınmalıdır. Müsavatın gələcəyi ilə bağlı kiminsə nigarançılığı varsa, çıxış yolu getmək deyil. Hesab edilirsə ki, bu qurultaydan sonra Müsavatın taleyi şübhə altındadır, çıxış yolu getmək deyil. Biz bir dəfə 93-cü ildə çıxıb getdik, başımıza gələnləri gördünüz.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

SOS: “Rus qoşunları Ukrayna sərhədinə yaxınlaşır”

Next Post

“Erməni terroru ilə PKK terroru arasında fərq yoxdur”

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

“Erməni terroru ilə PKK terroru arasında fərq yoxdur"

Bürclər (5 noyabr)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.