
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Bu barədə partiyanın mətbuat xidmətindən bildiirlib.
Qeyd olunur ki, iclasda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
Müsavatçı Qadınlar Birliyinin keçirdiyi ümumi yığıncaqla bağlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
Divan AXC-nin yaranmasının 26-cı ildönümü münasibətilə AXC lideri Əbülfəz Elçibəyin və mərhum jurnalist Elmar Hüseynovun doğum günü ilə bağlı məzarlarının ziyarət edilməsi təqdirini müsbət dəyərləndirilib.
Türkiyədə baş verən terror hadisəsi pislənilərək, Türkiyə ictimaiyyətinə başsağlığı verilib.
Sonda jurnalistlərin iştirakı ilə Milli Mətbuatın 140 illiyi ilə bağlı Müsavat Partiyasının başqanı Arif Hacılı geniş çıxış edərək, mətbuatın indiki durumu haqqında fikirlərini bildirib. Arif Hacılı mətbuat günü münasibəti ilə fədakar jurnalist fəaliyyətinə görə araşdırmaçı jurnalist Xədicə İsmayıl, Könül Şamilqızı, Seymur Həzi və Zamin Hacının Müsavat Partiyası tərəfindən təltif edildiyini elan edib.
Daha sonra Mətbuat günü münasibətilə Müsavat Partiyası başqanının müavini Elman Fəttah və Vəfa Cümşüdlü çıxış edərək, mətbuat işçilərini, xüsusilə Müsavat Partiyası tərərindən təltif edilən jurnalistləri təbrik ediblər.
Sonda cari məsələrə baxılıb.



