"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müsavat Partiyası ölkədəki həbs dalğasıyla bağlı bəyanat yayıb

11 Avqust 2014 - 16:43
in XƏBƏR LENTİ
Müsavat Partiyası son vaxtlar ölkədə cərəyan edən siyasi proseslərlə və QHT sektorunun təmsilçilərini də içinəimg1463774 alan həbs dalğasıyla bağlı bəyanat verib.
Musavat.com-a daxil olan həmin bəyanatı diqqətinizə çatdırırıq:
“Son illərdə Azərbaycan hakimiyyəti “demokratiyanın tədrici inkişafı” modelinin hətta  imitasiyasından imtina etdikdən və bütövlükdə demokratik qüvvələrə qarşı total repressiyalara başladıqdan sonar ölkənin və  cəmiyyətinin gələcək inkişafına ciddi  təhlükələr yaranıb. Azərbaycan cəmiyyətinin demokratik inkişaf sahəsində 90-cı illərdə əldə etdiyi az-çox nailiyyətlər belə məhv edilməkdədir.
Bir nəfərin iki dəfədən artıq prezident seçilməsi müddəası saxta referendum vasitəsi ilə konstitusiyadan çıxarildiqdan sonra keçirilən parlament seçkilərində müxalifət ümumıyyətlə parlamentə buraxılmadı, siyasi sistemin tərkib hissəsi kimi qəbul edilməyən müxalifət partiyalarının fəaliyyətinə cidd məhdudiyyətlər tətbiq olundu, 2011-ci ildən siyasi məhbusların sayı kəskin surətdə artmağa başladi.
Azad mətbuat üzərinə növbəti basqılar nəticəsində bir çox müxalifət qəzetləri bağlandı, Televiziya kanalları,o cümlədən İctimai televiziya müxalifətin üzünə tamamilə bağlanaraq hakimiyyətin təbliğat orqanı kimi fəaliyyət göstərən AZ TV-nin əlavəsinə çevrildi. Siyasi aksiyalarda iştirak edən fəallarla yanaşı bir çox                                    jurnalistlər,bloggerlər, sosial şəbəkələrdə öz fikirlərini açıq  yazmaqdan çəkinməyən gənclər həbs edildi.
Məmur özbaşınalıqına, korrupsiyaya qarşı etiraz edənlərin, vicdan azadlığı tələbi ilə aksiyalar keçirən inanclı insanların, oz bloqlarında, hətta facebook səhifələrində etiraz bildirənlərin müxtəlif uydurma maddələrlə həbs olunması göstərir ki, Azərbaycan hakimiyyəti hər hansı etiraz formalarına, tənqidə dözümlü yanaşmaq niyyətində deyil.
İsmayıllı hadisələrinə görə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” Hərəkatının rəhbəri İlqar Məmmədovun, “Əsgər ölümlərinə yox!” şüarı ilə siyasi aksiyaların təşkilatçısı olan “N!DA” Vətəndaş Hərəkatının üzvləri – Şahin Novruzlunun, Məmməd Əzizovun, Rəşad Həsənovun, Üzeyir Məmmədlinin, Rəşadət Axundovun, Zaur Qurbanlının və İlkin Rüstəmzadənin, ictimai fəal, millətlərarası münasibətlər sahəsində tanınmış mütəxəssis olan Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun, “Tolişi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun, jurnalist Əvəz Zeynallınun, Pərviz Həşimlinin və Rauf Mirqədirovun, vəkil Qurban Məmmədovun, dini kəsimin nümayəndələri –  Taleh Bağırovun, Abgül Süleymanovun və Mövsüm Səmədovun, QHT rəhbərləri Anar Məmmədlinin və Bəşir Süleymanlının, Həsən Hüseynlinin, Emil Məmmədovun, blogger Ömər Məmmədovun, facebook sosial şəbəkəsində hakimiyyəti tənqid edən fikirlər səsləndirdikləri üçün Abdul Əbilovun, fəallar – Rəsul Mürsəlovun, Nicat Əliyevin, Nemət Pənahovun, Müsavat Partiyası Gənclər Təşkilatı NTK-nın sədri Fərəc Kərimovun və qardaşı Sirac Kərimlinin, Müsavat Partiyasıl Tərtər rayon təşkilatının sədr müavini Xəqani Məmmədin, tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunusların, İntiqam Əliyevin və digərlərinin həbs edilməsi ilə ölkədə siyasi və vicdan məhbuslarının sayı rekord həddə çatıb.
Azad mətbuatın, çoxpartiyalı siyasi sistemin əsasən sıradan çıxarildığı qənaətində olan Azəbaycan hakimiyyəti son zamanlar xeyli zəiflədilən və nəzarət altına alınan QHT sektorunu tamamilə məhv etmək niyyəti ilə repressiya tədbirlərini davam etdirir.
QHT sektorunun tanınmış nümayəndələri Anar Məmmədli, Bəşir Süleymanlı, Həsən Hüseynli,  hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunusun ağır cinayətlərdə ittiham edilərək həbsindən sonra görkəmli hüquqşünas, vəkil İntiqam Əliyevin həbs edilməsi, ölkənin əsas ictimai təşkilarlarının hesabına həbs qoyulması, QHT sektoruna qarşı perpessiya tədbirlərinin miqyasından xəbər verir. Bu həbslərin ölkədə Avrointeqrasiya mövzusunun aktuallaşdığı, müəmmalı Soçi danışıqları ərəfəsində həyata keçirilməsi xüsusi narahatçılıq doğurur.
Müsavat Partiyası hakimiyyətdən fərqli düşünənlərə qarşı repressiya tədbirlərinə son qoyulmasını, Azərbaycan xalqı və Beynəlxalq Birlik qarşısında götürdüyü öhdəliklərə əməl olunmasını tələb edir.
Müsavat Partiyası həmçinin Azərbaycan cəmiyyətini baş verənlərə biganə olmamağa, gələcəyimizi təhlükədə qoyan proseslərə qarşı müqavimət hərəkatına hazır olmağa çağırır”.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Erməni iddiası: “Azərbaycanı müharibəyə Amerika sövq edir”

Next Post

Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib

Allahşükür Paşazadə erməni katolikosu II Qareginin müraciətinə cavab verib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.