"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müsavatçılar arasında qarşıdurma pik həddə

05 Fevral 2015 - 17:20
in SİYASƏT

Müsavatçılar arasında qarşıdurma pik həddə“Qubad İbadoğlu məsələsi artıq partiyadaxili məsələ deyil. Baş verənlər hakimiyyətlə Müsavat arasında mübarizənin növbəti mərhələsidir”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bu barədə Müsavat başqanının müavini Səxavət Soltanlı deyib.
Onun sözlərinə görə, faktiki olaraq Qubad İbadoğlunun fəaliyyəti Müsavatda parçalanma görüntüsü yaratmağa hesablanıb: “Təbii ki, bu fürsəti gözləyən başqaları da bundan faydalanmaq istəyəcəklər. Biz narahat deyilik. Müsavatçılar sona qədər Müsavat Partiyasını qoruyacaq və daha da gücləndirəcək. Lakin demokratik düşərgə bir şeyi unutmamalıdır. Kimlərsə Müsavat Partiyasına xəyanət edibsə, Müsavatdan qovulubsa, onların demokratik düşərgəyə fayda verəcəyinə ümumiyyətlə inanmayın. Onları özünüzə yaxın buraxmayın. Ən yaxın tarixə nəzər salmaqla bunu özünüz də aydın görə bilərsiniz”.
S. Soltanlının sosial şəbəkələrdə paylaşdığı bu fikirlərinə Qubad İbadoğlu suallarla sərt münasibət bildirib.
“15 il əvvəl niyə haqqımda bu kimi fikirlər səsləndirilmirdi? Niyə partiyanın güclənməsi ilə məşğul olmurlar? 15 il əvvəl sən özün harada idin?” – deyə o bildirib.
Səxavət Soltanlı bildirib ki, o, Qubad İbadoğludan fərqli olaraq, partiyada 15 il əvvəl heç bir vəzifə daşımayanda Müsavatın, İsa Qəmbərin siyasətini təbliğ edirdi: “15 il əvvəl 18 yaşım var idi. Bakı Dövlət Universitetində 2-ci kursda təhsil alırdım. Müsavat Partiyası sıralarında yeni idim, Müsavat Gənclər Təşkilatında “BDU” özəyini formalaşdırıb dostlarla birlikdə Müsavatı təbliğ edirdik. Sıralarımıza yeni insanlar qoşurduq. Heç bir vəzifəm yox idi. Qubad bəy, sizdən fərqli olaraq heç bir vəzifə daşımayanda da Müsavat Partiyasını, İsa Qəmbəri və silahdaşlarının siyasətini dəstəkləyirdim. Mən sizə sual vermirəm ki, 18-19 yaşınız olarkən Azərbaycanda müstəqillik uğrunda gedən mübarizədə nə işlə məşğul olmusunuz? Doğulduğunuz torpaq təhlükədə olanda, sizin indi qarşı olduğunuz Müsavatın lideri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı orada müdafiəni təşkil edəndə siz 22 yaşınızda nə işlə məşğul olmusunuz? Harada olmusunuz?”
S. Soltanlı əlavə edib ki, Q. İbadoğlu 15 il əvvəl Müsavata qarşı fəaliyyətlə məşğul olmadığı üçün onun haqda belə fikirlər səsləndirilmirdi: “O zaman həqiqətin yanındaydınız, o zaman müsavatçıları təhqir edən, Müsavatı gözdən salan insanları ətrafınıza toplayıb Müsavata qarşı döyüşmürdünüz. Durduğu yerdə heç kimə heç nə deyilmir. Biz partiyanın güclənməsi ilə məşğuluq. Sadəcə, siz partiya işlərini sürətlə həyata keçirməmizə mane olursunuz. İndi enerjimizin bir hissəsini partiyanın güclənməsi istiqamətində iş görməklə yanaşı, Müsavata qarşı hücumun qarşısını almağa yönəltmək məcburiyyətində qalmışıq. Biz Müsavat Partiyasını gücləndirməklə bərabər qorumaqla məşğul oluruq”.
S. Soltanlı Q. İbadoğluna müraciət edib: “Əl çəkin bu fəaliyyətinizdən, nifaqçılıqla məşğul olmayın, imkan verin, bu xalq üçün, bu ölkə üçün, demokratiya və azadlıqlar üçün mübarizəmizi aparaq”.(publika.az)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sumqayıtda vətəndaşın evi uçuruldu, ailə üzvləri isə döyüldü – Video

Next Post

Ermənistan klubuna keçən azərbaycanlı oyunçu danışdı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Ermənistan klubuna keçən azərbaycanlı oyunçu danışdı

Baş həkimin döydüyü Aygün Vəliyeva : “Bu hərəkətinə müqavimət göstərəndə, sifətimdən sillə ilə vurdu”

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.