"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Musavatda bir neçə ilimi onlarla keçirdiyimə çox peşman oldum”

09 Fevral 2015 - 23:54
in MÖVQE

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

“Ancaq yaxşı ki, mənim onlardan aralanmağıma onlar özləri kömək etdilər”13088
Müsavat daxilində baş verənlər medianın günədimin zəbt etməkdədir. Hər kəs baş verənləri öz arşınıyla ölçür, kimin haqlı, kimin haqsız olduğu barədə arqumentlərini ictimai rəyə təlqin etməyə çalışır.
Keçmiş baş prokuror, Milli Konqres Partiyasının sədri İxtiyar Şirinin də proseslərə öz baxış bucağı var. Əvvəlcə onun Qubad bəyin bir açıqlamasına münasibətini təqdim edək. Onu da bildirək ki, sən demə, bu gün Qubad bəyin başına gələnləri 18 il öncə İxtiyar Şirin yaşayıbmış:
“Hörmətli Qubad bəy. Müsavat Partiyasının Divanı 1997-ci ildə eyni belə bir qərar qəbul etmişdi. Mənim barəmdə verilmişdi həmin qərar. O zaman mən çox sevindim bu qərarın verilməsinə. Divanın bu qərarı nəticəsində mən azadlıq əldə etdim. Onların belə qərar vermələrinin səbəblərindən biri mənim hakimiyyətlə müxalifətin dialoq qurması ilə bağlı çağırışlarım idi. Onlar qəzetləri vasitəsi ilə mənə böhtan da atdılar. Guya mən onların hinduşka adlandırdıqları bir hakimiyyət nümayəndəsi ilə gizli görüşüb, ondan təlimatlar alıb belə bəyanatlar verirəm. İndi Müsavat Partiyasının rəhbərliyi hakimiyyətlə hansısa bir dialoq qurmaq üçün müxtəlif yolar axtarır. Lakin heç prezident aparatının şöbə müdiri də onları qəbul edib danışmaq istəmir. Bütün bunlara baxmayaraq mən İsa bəylə də, digərləri ilə də münasibətlərimi qoruyub saxlamağa çalışmışam. Çünki siyasət adlanan meydan bizə məxsus deyil. Bu meydanın sahibi xalqımız və dövlətimizdir. Bu siyasət meydanında biz hamımız xalqa və dövlətə xidmət etməli olduğumuz üçün bir-birimizlə olan münasibətlərimizi tam qırmalı deyilik. Sizin barənizdə qəbul edilən qərarın doğru olmadığını mən də bilirəm. Lakin münasibətləri ən az səviyyədə də olsa qoruyub saxlamaq lazımdır. Siz azadlıq qazanmısınız. Buna gərə də bu azadlığı Sizə verənlərə bir təşəkkür borcunuz da qalır. Gələcək siyasi fəaliyyətinizdə Sizə uğurlar diləyirəm.”
Bu rəylə tanış olan Moderator.az-ın əməkdaşı İxtiyar Şirindən bir neçə suala cavab almağı lazım bilib.
-Hinduşkanın kimliyinə aydınlıq gətirməyinizi xahiş etmək olarmı?
-Həmin hadisələrdən uzun bir zaman keçib. İndi onların yazdığı təhqiramiz ifadənin kimin barəsində işlədildiyini desəm, həmin şəxsin şəxsiyyətinə toxuna bilərəm. Ona görə də ən yaxşısı bunu onların özlərindən soruşun.
-Müsavatdan ilk çıxan siz oldunuz. Ayağınız yüngül oldu. İllər sonra Müsavatda daş daş üstə qalmadı…
-Mən Müsavatdan çıxmadım. Həmin vaxt mən də Qubad bəy kimi Müsavat Partiyasının məclisinin və divanın üzvü idim. Lakin onlar mənim iştirak etmədiyim divan iclasında mənim partiyadan xaric edilməyimlə bağlı qərar qəbul etdilər. Mən Müsavat Partiyasının zəifləməsini deyil, güclənməsini istəyirdim. Buna görə də partiyanın hakimiyyətlə siyasi dialoq quraraq Qarabağ məsələsi, demokratik seçki keçirilməsi ilə bağlı məsələlərin, bir çox başqa həll edilməsi vacib olan məsələlərin müzakirə edilməsini zəruri hesab edirdim. Çox təəssüf ki, partiyanın rəhbərliyi bu məsələləri məclisdə və divanda müzakirə etmək və partiyanın bu məsələyə münasibətini müəyyən etmək əvəzinə məni partiyadan uzaqlaşdırdılar. Mən onların bu hərəkətlərini gördükdən sonra bir neçə ilimi onlarla bir yerdə keçirdiyimə çox peşman oldum. Ancaq yaxşı ki, mənim onlardan aralanmağıma onlar özləri kömək etdilər. Buna görə də bu işdə əli olanların hamısına minnətdaram.
-O vaxt Divan niyə sizə divan tutdu? Sizi dəvət edib hakimiyyətlə dialoqa çağırış etdiyiniz müsahibəyə görə açıqlama verməyinizi tələb etdilərmi?
-Mən həmin qərardan sonra Müsavat Partiyasına getmədim. Ancaq gərək gedib onlara öz minnətdarlığımı bildirəydim. Mən və bir neçə nəfər onları daha yaxından tanıdığımız üçün onların bu qərarının bizim xeyrimizə olduğunu bilirdik. Ona görə də qərarın doğru olmadığı ilə müzakirə aparmağa və mübahisə etməyə heç bir lüzum da yox idi.
-Heç sonralar da İsa Qəmbərə barənizdə verilən tarixi qərara görə minnətdarlıq etmədinizmi?
-Ehtiyac yox idi. Bütün bunlara baxmayaraq mən bu gün İsa bəylə, mənə qarşı bu işdə iştirak edən digərləri ilə də normal münasibətlərimi saxlamağa çalışıram. Siyasətdə də əbədi düşmənçilik yoxdur. Ancaq hamı bir-birini tanıyanda işlər daha etibarlı olur.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rus ordusu Ukraynada

Next Post

Arif Əsgərov nazir müavini oldu, Cavid Qurbanov onun yerinə təyin edildi

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

Arif Əsgərov nazir müavini oldu, Cavid Qurbanov onun yerinə təyin edildi

Merkeldən Putinə şərt: “Razılaşmasan, yox olacaqsan”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.